Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Koronavirusla bağlı SON STATİSTİKA - ABŞ-dan növbəti anti-rekord

Koronavirus pandemiyanın (COVID-19) yayıldığı ölkələrin sayı 198-ə yüksəlib. 

 

Yenixeber.org: Worldometers.info-nun statistik məlumatlarına əsasən xəbər verir ki, ötən gün dünyada 45,582 nəfərdə koronavirus aşkarlanıb. Bununla da, dünyada virusa yoluxanların ümumi sayı 468,156 nəfər olub. Virusa yoluxan 113,812 nəfər isə sağalıb. Hazırda bu xəstəlikdən 333,023 şəxs müalicə alır.

 

Ötən sutka ərzində 2,286 nəfər bu virusdan vəfat edib və bununla da koronavirusdan ölənlərin sayı dünya üzrə 21,180 nəfərə çatıb.


Son sutkada ən çox yoluxma qeydə alınan ölkələr ABŞ (10,796), İspaniya (7,457), İtaliya (5,210), Almaniya (4,332), Fransa (2,929), İran (2,206), Böyük Britaniya (1,452), İsveçrə (1,020) və Niderland (852) olub. Türkiyədə də koronavirusa yoluxma sürətlə artmaqdadır. Dünən bu ölkədə 561 şəxsdə virus aşkarlanıb ki, bununla da virus daşıyıcılarının sayı 2,433-ə çatıb. Onlardan 59-u dünyasını dəyişib.

 

Ötən gün ən çox ölüm isə İtaliya (683), İspaniya (656), Fransa (231), ABŞ (151), İran (143) və Niderlandda (80) baş verib.

 

Bu günədək dünya ölkələri üzrə koronavirusdan ən çox itki verən ölkə İtaliya (7,503), İspaniya (3,647), Çin (3,281), İran (2,077), Fransa (1,331) və ABŞ-dır (931).

 

Koronavirusun ilk aşkarlandığı Çində isə vəziyyət düzəlməkdədir. Ötən sutka bu ölkədə cəmi 47 nəfərdə virus aşkarlanıb, 4 nəfər isə vəfat edib.

 

Ötən gün Azərbaycanda da 6 şəxsdə COVID-19 aşkarlanıb. Onlardan biri dünyasını dəyişib. Ümumilikdə bi günədək Azərbaycanda 93 şəxsdə koronavirus aşkarlanıb. Bu xəstələrdən 10-u sağalaraq evə buraxılıb, 2 nəfər isə vəfat edib. Hazırda xəstəxanalarda 81 aktiv virus daşıyıcısı müalicə alır ki, onlardan 6-nın vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Qeyd edək ki, dünya üzrə ən çox koronavirusa yoluxma Çində (81,218) qeydə alınıb. İtaliya (74,386) ikinci, ABŞ (65,544) üçüncü, İspaniya (49,515) dördüncü, Almaniya (37,323) beşinci, İran (27,017) altıncı, Fransa (25,233) yeddinci, İsveçrə (10,897) səkkizinci, Böyük Britaniya (9,529) doqquzuncu, Cənubi Koreya isə (9,137) onuncu sırada qərarlaşıb.

 

Statistikadan göründüyü kimi, ABŞ başda olmaqla bir neçə Avropa nəhənglərində koronavirusa yoluxanların sayı sürətlə artmaqda davam edir. ABŞ-da vəziyyət o həddə çatıb ki, Prezident Donald Tramp Cənubi Koreyanın dövlət başçısı Mun Ce-indən ölkəsinə tibbi ləvazimatlar göndərilməsini istəyib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam