Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Koronavirusdan sağalanların sayı 66582 nəfərə çatıb - SON RƏQƏMLƏR

Koronavirusdan sağalanların sayı 66582 nəfərə çatıb - SON RƏQƏMLƏR
Bu günədək dünya ölkələri üzrə 119 min 284 nəfər yeni növ koronavirusa yoluxub, 4300 nəfər bu virusdan ölüb.

Yenixeber.org: Virusa yoluxmuş 66 min 582 xəstə sağalıb. Yerdə qalan 48402 nəfərdən 42655-nin vəziyyəti qənaətbəxş hesab olunur. 5747 xəstənin durumu orta-ağır qiymətləndirilir.
Bu günə kimi koronavirusa dünyanın 119 ölkəsində rast gəlib. Virusa ən çox yoxulma halı Çində (80784 nəfər) qeydə alınıb. Bu ölkədə virusdan ölənlərin sayı 3158 nəfərə çatıb. Son 12 saat ərzində yoluxanların sayı cəmi 30 nəfər olub, 22 nəfər ölüb.

Koronavirusun yayılmasına görə ikinci sırada İtaliyadır. Bu ölkədə 10149 nəfər xəstə qeydə alınıb. Onlardan 631 nəfəri dünyasını dəyişib.

Üçüncü yerdə qərarlaşan İranda isə 8042 virusa yoluxma halı təsdiqlənib. 291 nəfər dünyasını dəyişib.

Dördüncü sırada yer alan Cənubi Koreyada 7755 nəfərdə virus aşkarlanıb. Xəstələrdən 61 nəfəri ölüb. Son 12 saat ərzində 242 nəfər yeni virusa yoluxub, 1 nəfər ölüb.

Ümumilikdə son 12 saat ərzində dünya üzrə cəmi 361 virusa yoluxma halı qeydə alınıb, 26 nəfər dünyasını dəyişib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam