Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

İran İslam İnqilabının 40-cı ildönümünü qeyd edir

Fevralın 1-də İranda İslam İnqilabının 40-cı ildönümünü tamam olur.

Yenixeber.org: Bu münasibətlə ölkədə bayram günləri başlayıb.

Bayram İran İslam İnqilabının banisi İmam Xomeyninin məzarını ziyarətlə başlayıb. Məzarı əvvəlcə İran İslam İnqilabının Ali Rəhbəri Əli Xamneyi, Prezident Həsən Ruhani və digər rəsmi şəxslər ziyarət ediblər.

1979-cu il fevralın 1-i inqilabi fəaliyyətinə görə şah rejimi tərəfindən İrandan sürgün edilərək Fransada yaşamaq məcburiyyətində qalan İmam Xomeyninin Tehrana qayıdışı günüdür. Ömrünün 15 ilini İraq, Türkiyə və Fransa kimi ölkələrdə siyasi sürgündə keçirən İmam Xomeyni daim xalqı imperialist qüvvələrlə mübarizəyə səsləyib.

Xalqı yad qüvvələri ölkədən qovmağa çağıran İmam Xomeyni İranda İslam İnqilabının baş verməsinə səbəb olub və nəticədə Pəhləvi rejimi süquta uğrayıb.

Bu gün İranın Tehran, Təbriz, Şiraz, İsfahan, Məşhəd, Urmiya və başqa şəhərlərində təntənəli tədbirlər keçirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam