Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Türkiyədə Azərbaycan bayrağına hörmətsizlik– VİDEO

Türkiyədə Azərbaycan bayrağına hörmətsizlik

 

 

Türkiyənin Uludağ Universitetində Salih Pay adlı ilahiyyat professorunun verdiyi qərar etiraza səbəb olub

 

Yenixeber.org: Bu barədə sözügedən universitetdə təhsil alan azərbaycanlı tələbələr məlumat verib. 

Salih Pay universitet binasındakı Azərbaycan bayrağının endirilməsinə qərar verib. Buna səbəb isə həmin binada olan Ermənistan bayrağının ortadan itməsi olub. 

Salih Pay Ermənistan bayrağını universitetdə təhsil alan azərbaycanlı tələbələrin endirdiyini zənn edərək, belə qərar verdiyini açıqlayıb və bildirib ki, Ermənistan bayrağı yerinə qaldırılandan sonra Azərbaycan bayrağı da öz yerinə bərpa ediləcək.

Baş verənlər isə universitetin millətçi gənclərinin ciddi narazılığına səbəb olub. Bayrağı Türkiyənin “ülküçü” gənclərinin endirdiyini, azərbaycanlı tələbələrin bu məsələyə heç bir aidiyyəti olmadığını bildirən bir neçə türk gənc əllərində Azərbaycan bayrağı tutaraq, universitet önündən etiraz videosu paylaşıblar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam