Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanlı tələbələr Ukraynadan çıxarılır

 

 

Ukraynada vəziyyətin günü-gündən gərginləşməsi, ölkənin Rusiya ilə açıq müharibə vəziyyətində olması burada təhsil alan xarici tələbələrdən də yan keçməyib.
   "xeberinfo.com" Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukraynanın təhsil naziri Sergey Kvit xarici tələbələrin ölkədən çıxarılması ilə bağlı artıq qərar imzalandığını deyib: "Artıq ölkə rəhbərliyi xarici tələbələrin Ukraynadan çıxarılması üçün müvafiq qərarlar verib. Təhsil nazirinin imzaladığı əmrə əsasən Ukrayna ali tədris müəssisələrində təhsil alan tələbələr ölkəni tez bir zamanda tərk etməlidirlər. Əmrdə xüsusi olaraq qeyd olunub ki, xarici ölkə vətəndaş olan və Ukraynada ali təhsil alan tələbələr yaz sessiyasını vaxtından əvvəl verməlidirlər. Ukraynanın cənub-şərq bölgəsində təhsil alan tələbələrə xüsusi xəbərdarlıq edilib. Yaz sessiyasında imtahan verə bilməyənlər isə kəsirlərini sentyabrda ödəyə bilərlər".
Məlumata görə, bir müddət əvvəl Azərbaycan Təhsil Nazirliyi də Ukraynada oxuyan tələbələrimizə bu ölkədəki vəziyyətlə bağlı xəbərdarlıq etmişdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam