Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Rusiya prezidenti İŞİD-i nüvə silahı ilə hədələdi

Rusiya prezidenti Vladimir Putin ümid edir ki, İraq və Şam İslam Dövləti (İŞİD) ilə mübarizədə nüvə başlıqlı raketlərdən istifadə etməyə ehtiyac qalmayacaq.

 

Xeberinfo.com:   Rusiya KİV-nə istinadən xəbərə görə, bu barədə Putin çıxışı zamanı bildirib. 


Putin müdafiə naziri Sergey Şoyqu ilə İŞİD-in terrorçularının mövqelərinə Aralıq dənizində lövbər salmış “Rostov Don" sualtı qayığından “Kalibr” raketləri ilə endirdiyi zərbələri müzakirə edib. 

“”Kalibr” qanadlı raketi növbəti dəfə uzaq məsafədə öz effektivliyini göstərdi”, - deyə Şoyqu görüş zamanı vurğulayıb.

Putin isə buna cavab olaraq “Bu müasir, yüksək effektivlik və dəqiqliyə malik silahdır. Raketə həm adi, həm də nüvə başlıqları quraşdırıla bilər. Təbii ki, terrorçularla mübarizədə nüvə silahına ehtiyac yoxdur. Ümid edirəm ki, heç vaxt da lazım olmayacaq.”, - deyə Putin qeyd edib. 

Qeyd edək ki, Rusiya tərəfi prezident Bəşər Əsədin müraciətindən sonra Suriyada hakimiyyətə qarşı müxtəlif terror qruplarına qarşı hərbi əməliyyatlara başlayıb. 

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam