Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Müharibə tezliklə başlayacaq...”

 

Ukrayna prezidenti Pyotr Poroşenkonun ştatdankənar məsləhətçisi, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Amerika siyasətçilərini Ukraynaya silah verməyə inandıra bilib

 

"Xeberinfo.com":  Məlumata görə, Publika.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu barədə Saakaşvilinin özü bildirib.
 
Onun sözlərinə görə, ABŞ prezidenti Barak Obamaya Respublikaçılar və Demokratlar Partiyasından təzyiq güclənir.
 
“Mən inanıram ki, ABŞ Ukraynaya silah göndərəcək. Amerika cəmiyyəti və siyasi elitasında bu məsələdə vahid mövqeyin olması mənə ümid verir. Demək olar ki, Konqres, Pentaqon və kəşfiyyat strukturlarında hamı bu ideyanı dəstəkləyir”, - Saakaşvili qeyd edib.
 
Sabiq prezidentin sözlərinə görə, müharibə tezliklə başlayacaq və buna görə də silahların çatdırılmasına tələsmək lazımdır: “Rusiya tezliklə Ukraynanın cənubuna zərbə vuracaq. Ukraynaya təcili silah lazımdır, çünki heç bir sülh müqaviləsi yoxdur”.
 
Bundan əvvəl isə Saakaşvili əminliyini ifadə edib ki, ABŞ-ın Ukraynaya silah verməsi barədə qərar 99 faiz hazırdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam