Redaktor seçimi
Kənd təsərrüfatında qohumbazlıq nümunəsi:
Aqroterrorizm:
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Nehrəm kəndi:
SOCAR-ın əməkdaşları Qarabağ əlilinin evini belə söküb:
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Günün xəbəri

Nostradamusun 2018-ci il üçün 10 dəhşətli proqnozu

 

Nostradamusun proqnozları həm insanları qorxutmağa, həm də onların marağına səbəb olmağa davam edir

 

Yenixeber.org:  500 il əvvəl verdiyi proqnozları ilə bu günə qədər bir çox hadisələri doğru təxmin edən Nostradamus əslində həkim və əczaçı olub. Yaşadığı dövrdə astrologiyaya maraq göstərərək göy cisimləri vasitəsilə gələcək barədə proqnozlar verən məşhur kahin kralın belə diqqətinə səbəb olmuş, saraya dəvət edilmiş, kralın astroloqu və köməkçisi vəzifəsini icra etmişdi. Lakin ölümündən sonra gələcəyi görmə iddiasına görə kilsə tərəfindən lənətlənmişdi.

Nostradamus kitablarında konkret ifadələr yerinə simvollardan istifadəyə üstünlük verən biri olub. Buna görə, onun proqnozlarını anlamaq elə də asan deyil. Fransa inqilabından 11 sentyabr hücumlarına qədər bir çox tarixi hadisələri təxmin edən kahinin 2018-ci il üçün proqnozlarını təqdim edirik:

1. Katolik kilsəsinin lideri öləcək.

2. Terror ilin ən böyük problemi olacaq.

3. Qlobal istiləşmə səbəbilə böyük silahlı qarşıdurmalar yaşanacaq.

4. Çin yeni strateji planla dünyanın yeni super gücü olacaq.

5. ABŞ ölkənin qarışdığı və gələcəyin qeyri-müəyyən olduğu mərhələyə girəcək.

6. İlin əvvəlində ABŞ-ın qərbində böyük zəlzələ baş verəcək.

7. İtaliya Avropada böyük iqtisadi böhrana səbəb olacaq.

8. Latın Amerikasında bir çox sahədə radikal dəyişikliklər baş verəcək.

9. Vezuvi vulkanında böyük partlayış baş verəcək.

 

10. 2018-ci il III Dünya müharibəsi məsələsində əhəmiyyətli il olacaq.

 

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?