Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qızıl qiyməti ucuzlaşacaq?

 

Son həftələrdə böyük eniş yaşayan qızıl qiymətləri üçün bəzi analitiklər 2015-ci ildə daha aşağı qiymətlər təxmin edirlər. Ancaq qızıl haqqında optimist olan analitiklər də var.
"Xeberinfo.com":  Qızıl qiymətləri son günlərdə ucuzlaşmaqda davam edərkən, dünyadakı məşhur investisiya firmaları da qızıl proqnozlarını bir-bir yenidən diqqətdən keçirməyə başlayıb. Məlumata görə, artıq qızıl bir neçə gün əvvəl son 4 ildə ən aşağı həddə düşüb- bir unsiyası 1137 dollardır. ABŞ-da investisiya bankları 2015-ci illə bağlı qızıl qiyməti proqnozlarında məğlub olur.
Əksər ekspertlər artıq qiymətlərin enəcəyini təxmin edir.  Hollandiyanın “ABN Amro” bankının analitiki Georgette Boele 2015-ci ilin sonunda qızılın unsiyasının 825 dollara qədər aşağı düşəcəyini bildirir. Bu rəqəm indiki 1150 dollardan 28 faiz azdır.
Fransanın “BNP Paribas” bankının analitikləri təxmin edirlər ki, qızıl gələn ilin sonunda min dollara düşəcək. Bankın analitiki Stephen Briggs 2014cü ilin sonunda qızıl qiymətlərinin 960 olacağını təxmin edir. Bu təxmin də bugünkü səviyyədən 16 faiz aşağıdır.
Qızıl haqqında optimist təşkilatlar da var. Almaniyanın “Commerzbank”ı ilin sonunda qızılın 1300 dollar olacağını təxmin edir. Bildirilir ki, bu qiymət 2015-ci ilin sonunda 1400 dollara qalxacaq. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam