Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bu banklar böhran yaşayacaqlar

Bu banklar böhran yaşayacaqlar

 

Dünyanın 9 iri bank strukturu yaxın illərdə dayanıqlı mənfəətin təmin edilməsində çətinliklər yaşayacaq

 

Yenixeber.org: Report-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (IMF) "Qlobal maliyyə sabitliyi" hesabatında qeyd edib.

Hesabatda bildirilir ki, bir çox bank biznes-modellərini dəyişərək, rentabelliyini artırsa da, bəzi banklar keçmişdən miras qalan problem və çatışmazlıqlar səbəbindən çətinlik çəkməyə davam edir.

IMF xüsusilə bu banklar arasında Almaniyanın "Deutsche Bank", Britaniyanın "Barclays" və "Standard Chartered", ABŞ-ın "Citigroup", Fransanın "Societe Generale", İtaliyanın "Unicredit", Yaponiyanın "Sumitomo Mitsui Financial Group", "Misubishi UFJ Financial Group" və "Mizuho Financial Group" banklarını qeyd edib.

Fond bildirir ki, bu banklar toplam olaraq 17 trln. ABŞ dolları həcmində aktivlərə sahibdir. Gələcəkdə hər hansı bir maliyyə çalxanması olarsa, bu bankların kifayət qədər kapital formalaşdırması çətin olacaq.

Qeyd edək ki, adıçəkilən bankların bəzilərinin Azərbaycanla əlaqələri mövcuddur. Belə ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin bir hissəsi "Deutsche Bank"ın törəmə şirkəti (subsidiary) - "Deutsche Asset & Wealth Management International GmbH."nın idarəetməsinə verilib. "UniCredit  bankı isə Azərbaycanda fəaliyyət göstərən "Yapı Kredi Bank Azerbaijan" QSC-nin səhmdarlarından biridir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam