Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

BƏXTİYAR ƏLİYEVİN "İTKİN DÜŞMÜŞ" ELMİ İŞİ İLƏ BAĞLI ŞOK SƏNƏD ƏLDƏ ETMİŞİK-YENİLƏNİR

 

image here
Necə olub ki, Prezident yanında AAK-ın Rəyasət Heyətinin üzvü olan deputatın namizədlik işi fəlsəfədən, doktorluq işi psixologiyadan, AMEA-nın müxbir üzvülüyü isə fəlsəfədəndir???
Yenixeber.org: …Ağdam 118 saylı Seçki Dairəsindən millət vəkili Bəxtiyar Əliyevin Azərbaycan Dillər Universitetinin müəllimi, BDU-nun Psixologiya kafedrasının dissertantı Könül Haqverdiyeva ilə yaşanan qalmaqalı bitib-tükənmir. Redaksiyamızla əlaqə saxlayan bir sıra elm adamları Könül Haqverdiyevanın B.Əliyev tərəfindən mənəvi və fiziki əzablara düçar edilməsini, get-gəllərə salınmasını olduqca mənfi qarşılamaqdadırlar. Və Könül Haqverdiyevanın hüquqlarının pozulması ilə bağlı «Təzadlar»ın rəsmi saytında videomüsahibəsi yayımlandıqdan sonra redaksiyaya edilən müraciətlər və telefon zənglərini ümumiləşdirib belə bir yekun qənaəti bölüşə bilərik: hamı Bəxtiyar Əliyevi sərt qınayır ki, o, ən azı ADU-nun savadlı müəllimi olan bir xanım dissertantla bu cür intriqa aparmamalıdır!
Bu azmış kimi, Prezident yanında AAK-ın sabiq əməkdaşlarından birinin əməkdaşımıza verdiyi məlumata görə, Bəxtiyar Əliyev 
mənəvi əzablara düçar etdiyi Könül Haqverdiyevadan savayı, həm də özünə yaxın bir çox alimlərin elmdəki yoluna daim qırmızı işıq yandırıb, onları bezdirib, incidib, perik salıb... Bu sırada BDU-nun Psixologiya kafedrasının yaradıcısı olmuş Rövşən Cavadov, onun qızı Lamiyə Cavadova, kafedranın müəllimləri İmdad Bayramov, Mirələm Vəliyev, eləcə də hətta B.Əliyevlə Moskvada bir institutda təhsil almış Azər Mustafayev… və başqaları. 

«Təzadlar» Bəxtiyar Əliyevin ermənilərlə sıx dostluq və qardaşlığına həsr olunmuş elmi işinin izinə düşdü, şok sənədlər əldə etdi…

Məsəldir, başqasına ağıl öyrədən ən azı ağıl öyrətdiyindən qat-qat ağıllı olmalı, elm tələb edən qat-qat elmli olmalıdır… Və diqqətli oxucuların nəzərinə çatdırırıq ki, «Təzadlar»ın Ağdam 118 saylı Seçki Dairəsindən millət vəkili, BDU-nun Psixologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, Prezident yanında AAK-ın Rəyasət heyətinin üzvü… olan Bəxtiyar Əliyevlə heç bir problemi yoxdur. Çünki nə onun yerinə göz dikənimiz var, nə də onun rəyinə ehtiyacı olan və alim olmaq istəyən əməkdaşımız var… Amma hiss edirik ki, elmimizin Bəxtiyar Əliyev adında gerçəkdən iri bir problemi var. Bu problemlərdən ən böyüyü odur ki... B.Əliyevin 1989-cu ildə müdafiə etdiyi Namizədlik dissertasiyası belə adlanır: (Алиев Б.Г. Межнациональное общение как объект социально-психологического анализа: Диссертация канд.филос.наук.- Баку, 1989)- («Millətlərarası ünsiyyət sosial-psixoloji təhlilin obyekti kimi»). O, bu namizədlik dissertasiyasını Bakıda müdafiə edib, Moskvada təsdiqlədib. Deməli, qayada üzrə bu elmi iş ən azı Axundov adına Mərkəzi Kitabxanada olmalıdır. Amma yoxdur. Niyə yoxdur? Heç Prezident yanında AAK-da da yoxdur. Niyə yoxdur? Səbəbini az sonra biləcəksiniz… Həm də biləcəksiniz ki, «Təzadlar»ın Araşdırma Qrupu neçə ay idi bu işin üzərində çalışırdı, nəhayət, Moskvadakı mənbəmiz şok sənədləri üzə çıxardıb bizə göndərdi. Böyük zəhmət və səy öz bəhrəsini verdi… 

Ortada plagiatlıq varmı?


Bu sualla hələki hamıdan dürüstlük və yüksək elmi nəticə gözləyən, nəinki gözləyən, həm də bunu ciddi-cəhdlə, özünəməxsus iş metodu ilə, elmi katibi Rəşid Cabbarovun, Elmi Şuranın sədri Rəna Qədirovanın… vasitəsilə tələb edən Bəxtiyar Əliyevə bir daha şans veririk, nə qədər gec deyil, redaksiyaya özünün mövqeyini açıqlasın. Həm də bəzi suallarımıza sübutlu cavab versin. 
***
…Elmi dissertasiyalar üzrə tanınmış mütəxəssislərdən biri ilə bu ətrafda məsləhətləşmələrimiz isə onu deməyə əsas verir ki, ümumiyyətlə, (Алиев Б.Г. Межнациональное общение как объект социально-психологического анализа: Диссертация канд.филос.наук.- Баку, 1989)- («Millətlərarası ünsiyyət sosial-psixoloji təhlilin obyekti kimi») adlı belə bir dissertasiyanın mövcud olması böyük şübhə altındadır. Belə ki, yuxarıda dedik, Azərbaycanın heç bir kitabxanasında bu barədə adi məlumat belə yoxdur. BDU-nun arxivini də axtarmışıq, ordada yoxdur. Hansı ki, bu namizədlik işi o vaxtkı Kirov adına Azərbaycan Dövlət Universitetində müdafiə edilib. Necə yəni, bu boyda zarafat olar??? Baxmayaraq ki, həmin namizədlik işinin avtoreferatı var, özü isə yoxdur, vəssalam!
Bunun da 3 səbəbi ola bilər:
1) Bir ehtimal budur ki, o dissertasiya ermənilərlə qardaşlıq məsələsinə həsr olunmuşdur deyə, o üzdən gizlədir.
2) İkinci ehtimal budur ki, həmin dissertasiya 1984-cü ildə Leninqradda müdafiə olunmuş (Алиев Б.Г. Межнациональное общение как объект социально-психологического анализа: Диссертация канд.филос.наук.- Баку, 1989)- (http://www.dissercat.com/content/mezhnatsionalnoe-obshchenie-kak-obekt-sotsialno-filosofskogo-analiza) Dissertasiyasının plagiatıdır (üz qabığı qoşma edilir). Bəxtiyar Əliyevdə isə "…soüialğno-psixoloqiçeskoqo analiza"-dır adı, Proskurində isə "…soüialğno-filosofskoqo analiza". Avtoreferatdan aydın olur ki, həddən artıq çox müddəalar eynidir. Hazırda elmi təhlilini mütəxəssislərlə aparırıq.
3) Üçüncü ehtimal budur ki, ümumiyyətlə, ola bilər belə br dissertasiya olmayıb. Bəxtiyar Əliyev 1989-cu ildəki qarışıqlıqdan istifadə edib, özünü alim sırasına saldıra bilib…
- Rəşid Cabbarov 20 gün ərzində necə elmlər doktoru olub? (Prezident yanında AAK-a rəsmi sorğu göndərilir…).
- Bəxtiyar Əliyev AMEA-nın müxbir üzvü olarkən «Əsasnamə»nin tələbləri gözlənilibmi?
- Fəlsəfə sahəsində heç bir məqləsi, ciddi əsəri olmadan Bəxtiyar Əliyev fəlsəfə sahəsi üzrə necə AMEA-nın müxbir üzvü seçilib? (AMEA-nın Prezidenti Akif Əlizadəyə rəsmi sorğu göndərilir).
- Bəxtiyar Əliyevin Dərnəgüldə vaxtilə yaradılmış və sonradan bağlanmış qalmaqallı özəl institutunun yerində təzəlikcə yaratdığı Psixologiya Elmi Tədqiqat İnstitutu hansı statusa malikdir, Vergilər Nazirliyindən qeydiyyatdan keçibmi? 
(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupu

«TƏZADLAR» BƏXTİYAR ƏLİYEVİN "İTKİN DÜŞMÜŞ" ELMİ İŞİ İLƏ BAĞLI ŞOK SƏNƏD ƏLDƏ EDİB-YENİLƏNİR
«TƏZADLAR» BƏXTİYAR ƏLİYEVİN "İTKİN DÜŞMÜŞ" ELMİ İŞİ İLƏ BAĞLI ŞOK SƏNƏD ƏLDƏ EDİB-YENİLƏNİR

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam