DEPUTAT BƏXTİYAR ƏLİYEVİN DİSSERTANTI İLƏ QALMAQALI BÖYÜYÜR-YENİLƏNİR
AMEA-nın həqiqi üzvü və akademik (?), deputat… Bəxtiyar Əliyev niyə Ağdamdakı ata mülkünü viran qoymuş Aşotu deyil, elə Ağdamda doğulmuş və Ağdamını eyni qaydada itirmiş dissertant Könül Haqverdiyevanı süründürməçiliyə məruz qoyur, ona mənəvi və fiziki işgəncələr verir???
Yenixeber.org: Ötən buraxılışlarımızda yayımlanmış bir məlumatda Azərbaycan Dillər Universitetinin müəllimi, BDU-nun dissertantı Könül Haqverdiyevanın BDU-nun kafedra müdiri, ağdamlı seçicilərin 20 ildir sifətini belə görmədiyi, tanımadığı millət vəkili Bəxtiyar Əliyevin süründürməçiliyi ilə üz-üzə qalması barədə şikayəti işıqlandırılmışdır. Eləcə də müəllimənin saytımızda video müsahibəsi yayımlanmışdır. Könül Haqverdiyevanın “Mən altı aydır yollardayam, qana-tərə batmışam bu soyuq havada”, -etirazına Bəxtiyar Əliyevin komandasından ona “Bilmirsiniz ki, elmi iş müdafiə edəndə “tərləməlisiniz”?!”, -kimi korrupsiya iyi gələn cavabın verilməsi, sadəcə, utanvericidir.
Qısası, 20 ildir deputat olan və hətta bu ilin noyabrın 7-də Dövlət Bayraq Günündə belə seçicilərinin qarşısına çıxmağa üzü və sözü olmayan Bəxtiyar Əliyev Könül Haqverdiyevanın videomüsahibəsindən bərk əsəbləşməsini bəlkə də təbii saymaq olardı. Amma sual olunur: AMEA-nın həqiqi üzvü və akademik (?), deputat… Bəxtiyar Əliyev niyə Ağdamdakı ata mülkünü viran qoymuş Aşotu deyil, elə Ağdamda doğulmuş və Ağdamını eyni qaydada itirmiş dissertant Könül Haqverdiyevanı süründürməçiliyə məruz qoyur, ona mənə və fiziki işgəncələr verir???
Sual nə qədər sadə olsa da, elə o qədər də mürəkkəbdir. Məlum olur ki, Bəxtiyar Əliyevin elmi işi ermənilərlə azərbaycanlıların sarsılmaz dostluğuna həsr olunub. Elə isə, alimliyi ermənilərə rəğbət bəsləməkdın çıxan deputat və akademik işğalçıların niyə də əleyhinə çıxsın, onlara qarşı mübarizə aparsın? Və Bəxtiyar Əliyev onun qanunsuz hərəkətlərindən və mənəvi əzabvermə addımlarından Azərbaycan Prezidentinin Administrasiyasına şikayət etməsi, haqqını müdafiə etməsi akademik Bəxtiyar Əliyevin bərk xətrinə dəyib və… Həəə, axı Bəxtiyar Əliyev akademikdir (Allah sənə rəhmət eləsin, Xudu Məmmədov! Elmi kəşflərin dünyaya səs salsa da, dünyadan AMEA-nın müxbir üzvü kimi köçdünüz!). Olsun! Beş də artıq olsun. Amma bu imkan vermir ki, sözün böyük mənasında böyük də ziyalı olmalı deputat belə xırda və cılız hisslərlə yaşasın, alimliyə iddialı bir xanımla mübarizəyə girişsin. 20 mindən çox seçicinin 20 ildir dərdini söyləməli bir ünvandan-deputatdan gözləntiləri puça çıxırsa, başqa nə deyəsən? Axı bir adamı ki, 20 ildir deputat ola-ola, seçiciləri tərəfindən əliçıraqlı axtarılan, bir ağdamlının toyunda, yasında... iştirak etməyən Bəxtiyar Əliyevin qanunsuz hərəkətlərindən, bezdirici jestlərindən bezib qəzetə açıqlama verən xanımı indii gözümçıxdıya salmaq nə dərəcədə ədalətlidir? Hətta onu müxtəlif ünvanlardan, yaxın-uzaq qohumlardan belə, qəzetə verdiyi şikayətini geri götürməyə məcbur etmə cəhdləri var. Bu barədə Könül Haqverdiyevanın Azərbaycanın birinci vitse-Prezidenti Mehriban xanım Əliyevaya ünvanlı müraciətini tezliklə oxuya biləcəksiniz. Hər bir məqama detalları ilə aydınlıq gətirilir.
***
Beləcə, süründürməçiliyə məruz qalmış Könül Haqverdiyevanın dərc edilmiş şikayəti ciddi reaksiya doğurub. Artıq bir müddətdir ki, ona Bəxtiyar Əliyevin adamları tərəfindən təzyiqlər başlayıb. Guya o, ərizəsini və şikayətini geri götürsə, onun müdafiə işi yoluna qoyulacaq, guya xanımın elmdə bəxti açılacaq. Şikayəti geri götürüb ondan üzr istəməklə bəxt açılsaydı, onda gərək Bəxtiyar Əliyev seçicilərindən on dəfə artıq üzr istəyə ki, bəlkə onun da elmi-ictimai fəaliyyətdə bəxti açıla.
Yeri gəlmişkən, “Təzadlar” 3 aydır Bəxtiyar Əliyevin elmlər namizədi elmi işinin referatını çap etmək istəyir, Rusiyadan belə sorğu verilib, amma heç bir iz yoxdur. Dünən tərəfimizdən Prezident Yanında AAK-a sorğu verildi. Bu elmi işdə plagiatlıq istisna edilmir... Ya Azərbaycan-erməni dostluğuna həsr edilmiş həmin elmi iş Bəxtiyar Əliyev tərəfindən könüllü olaraq “Təzadlar”a təqdim ediləcək, ya da... Ya da əməkdaşımız Rusiya Təhsil Nazirliyinə ezam olunacaq. Bunun isə nə demək olduğunu Bəxtiyar Əliyevə bəzi dolaşıq işlərdə daim dəstək olmuş AAK-ın sabiq sədr əvəzi Vəli Hüseynov yaxşı bilir.
Onu da qeyd edək ki, Bəxtiyar Əliyevin elmi katibi Rəşid Cabbarov Könül Haqverdiyevanın "Təzadlar" da dərc olunmuş müsahibəsi ilə bağlı Mətbuat Şurasına da şikayət vermişdir. Dünən redaksiya əməkdaşları və Könül Haqverdiyeva, eləcə də Bəxtiyar Əliyevin süründürməçiliyindən bezən daha iki dissertant və iki doktorant Mətbuat Şurasına gəlsələr də, Rəşid Cabbarov iclasa üzürsüz səbəbdən gəlmədi...
Beləliklə, məlum qalmaqalı diqqətdə saxlayırıq və gedişatı barədə əlavə məlumat veriləcək.(tezadlar.az)
Elçin Məmmədli