Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Millət vəkilinin saxta diplom “fabriki“

 

Bəxtiyar Əliyevtin «perevod» etdiyi tələbələrin diplomları saxta çıxır

Diplom üçün ətək-ətək pul xərcləyən insanlar millət vəkilindən pullarını geri istəyirlər,millət vəkili isə onlardan səbrli olmağı xahiş edir.
"Xeberinfo.com":  Məlumata görə, Millət vəkili Bəxtiyar Əliyevlə bağlı AzFakt.com-a maraqlı məlumat daxil məlumat olub. Belə ki, son günlər dövlət qurumlarında işləyən saxta diplomlu şəxslərin təmzilənməsi məsələsinin prossesi getdiyi üçün deputatı çətin vəziyyətə salıb. Çünki böyük qismdə saxta diplomun ünvanı məhz Bəxtiyar Əliyev çıxır. Xatırladaq ki, bir vaxtlar Bəxtiyar Əliyev Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, Hüquq və İqtisadiyyat Universitetinin Bakı filialını yaradaraq həmin filiala rəhbərlik edib. Həmin universitetin Bakı filialında isə 7 mindən artıq tələbə təhsil alıb. Deputatın rəhbərlik etdiyi Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, Hüquq və İqtisadiyyat Universitetinin Bakı filialı 2007 - cil ildə Təhsil Nazirliyi tərəfindən bağlanıbvə bundan sonra Bəxtiyar Əliyev xeyli sayda tələbəni Sank Peterburuq Xarici Əlaqələr, Hüquq və İqsadiyyat Universitetinə köçürüb. Daha sonra isə millət vəkili həmin tələbələri ölkəmizdəki müxtəlif alı məktəblərə “perevod” etdirib. 
Bu məsələ ilə bağlı bilgi verən mənbə qeyd edir ki, deputat Sankt Peterburuq Universitetindəki tələbələri əsasən Azərbaycan Beynəlxalq Universitetinə, Təfəkkür Universitetinə, Azərbaycan Müəllimlər Universitetinə, Azərbaycan Kooperasiya Universitetinə, Azərbaycan Universitetinə, Odlar Yurdu Universitetinə, Azərbaycan İctimai-Siyasi Universitetinə, Bakı Asiya Universitetinə, Qərb Universitetinə, Azərbaycan Dövlət İqtisadi Universitetinin Dərbənd filialına və Gəncə Dövlət Universitetinə “perevod” etdirib. Bəxtiyar Əliyevin “perevod” etdirdiyi tələbələrin aldıqları diplomlar isə Təhsil Nazirliyinin Təhsil Sənədlərinin Tanınması İşi üzrə Sektorda qeydiyyatan keçməyib. 
İnformasiyalı mənbəmiz bildirir ki, Sankt Peterburqdan Azərbaycan Beynəlxalq Universitetinə, Təfəkkür Universitetinə, Azərbaycan İqtisad Universitetinin Dərbənd filialının və Müəllimlər Universitetinin bir çox filiallarına “perevod “ olan xeyli sayda tələbənin diplomu saxtadır. Bu məsələ ilə bağlı bir il öncə ortaya çox ciddi bir problemin çıxdığı da deyilir. 
Məlumatlı şəxs, “Bir il öncə Təhsil Nazirliyinin rayonlardakı məktəblərində və əlavə bir neçə dövlət qurumlarında işləyən şəxslərin diplomlarının yoxlanılması zamanı, xeyli sayda qeydiyyatdan keçməyən saxta diplom aşkarlandı. Həmin işçilərin əksəriyyəti işlərindən olsalar da, bəziləri rüşvət verərək işlərini və diplomlarını qoruya bildilər. Rüşvət vermək üçün pulları olmayan onlarla şəxslər isə sadəcə küçəyə atıldı. Bu məsələ tam təfsilatı ilə mətbuata açıqlanmadı. Yalnız bir neçə şəxsin saxta diplom aşkarlandı, məlumatı ilə hadisəni ört basdır etdilər”, deyə bildirir. 
Aşkarlanan saxta diplomlu şəxslərin böyük əksəriyyətinin məhz Bəxtiyar Əliyev tərəfindən Sankt Peterburuq Xarici Əlaqələr, Hüquq və İqsadiyyat Universitetinin Bakı filialına daxil olan, sonradan isə müxtəlif təhsil ocaqlaırna “perevod” alanlar olduğu bildirilir. 
AzFakt.com-a danışan etibarlı mənbə bildirir ki, hazırda Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Yevlax, Beyləqan, Füzuli, Xocavənd və digər rayonlardakı təhsil şöbələrində, mədəniyyət və turizm idarələrində işləyən xeyli sayda vətəndaş məhz Bəxtiyar Əliyevin universitetinin «məzunlarıdır» və onların diplomları saxtadır. 
Qeyd edək ki, TQDK-nın 2011-ci ildə yaydığı məlumatda 1992-2011-ci illər arasında Azərbaycanda 22 332 nəfərdə saxta diplom aşkarlanıb. Mənbə qeyd edir ki, Bəxtiyar Əliyev ümumilikdə 7 min şəxsə diplom verib. Həmin şəxslərin böyük əksəriyyətinin diplomu isə Təhsil Nazirliyinin təhsil sənədlərinin tanınması işi üzrə sektorunda qeydiyyatan keçməyib.
Mənbə deputat Bəxtiyar Əliyevin Ağdam rayonundan olmasını və buna görə xeyli sayda Qarabağ regionuna aid rayon sakinlərinin o, illərdə “asan” təhsil almaq üçün Santk Peterburq Universitetinin Bakı filialına üz tutduğunu bildirdi. Məlumatlı mənbə qeyd edir ki, hazırda bir çox saxta diplomlu şəxs Bəxtiyar Ədiyevdən diploma verdiyi pullarını geri istəyir. Bu isə deputatın onsuz da mürəkkəb olan vəziyyətini daha da gərginləşdirilir. 
Qarşıdan seçki ilinin də gəldiyini nəzərə alan Bəxtiyar Əliyev Ağdamda və ətraf rayonlarda saxta diplom qalmaqallarını ört-basdır etmək üçün bütün qüvvələrini və yaxın adamlarını səfərbər edib. Adamlardan səbrli olmaq, şikayət etməmək xahiş olunur. Onlara həmçinin Bəxtiyar Əliyevin problemləri yoluna qoyacağı və olmasa insanların pulunun qaytarılması ilə bağlı vədlər verilir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam