Redaktor seçimi
MAFİOZ, XEYRİYYƏÇİ, YOXSA SİYASİ OYUNBAZ?! –
Samir Şərifovun Zərdabdakı kadrına ittiham-
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
Günün xəbəri

İsrail xüsusi təyinatlısı Qəzza bölgəsində necə fəaliyyət göstərir:teraktlar, təxribatlar, adam oğurlamaq... – Araşıdrma

Sergey Kozlov

Vzqlyad.ru, 14.11.2018

 

Yenixeber.org: İsrail müdafiə nazirinin istefası ölkə üçün son dərəcə ağrılı başqa bir olayla – SAXAL-ın elit xüsusi təyinatlısı zabitinin həlakıyla şübhəli şəkildə üst-üstə düşüb. İstisna deyil ki, nazir İsrail xüsusi bölmələrinin bu böyük iflasına görə məsuliyyəti öz üzərinə götürə bilərdi. İsrail xüsusi təyinatlısı necə hərəkət edir, taktikasının səciyyəvi özəllikləri nədədir və əvvəlki oxşar iflası necə olub?

Ərəb sosial şəbəkələrinin məlumatına görə, bazar günü noyabrın 11-də İsrail xüsusi təyinatlısının əməliyyatının gedişində HƏMAS-ın bir neçə yüksəkməqamlı komandiri öldürülüb. HƏMAS-ın mətbuat təmsilçisi Fəvzi Bəhrum “ağciyər sionist hücumu” pisləyib və “qərhəmancasına Müqavimət”i öyüb.

Amma təkcə fələstinlilər itki verməyiblər. SAXAL-ın mətbuat xidməti təsdiqləyib ki, İsrail xüsusi təyinatlısının Qəzzya gecə reydinin gedişatında xüsusi təyinatlının elit bölməsinin komandiri, podpolkovnik M. öldürülüb. Bu, İsrail xüsusi təyinatlısı üçün ciddi itkidir, axı “Sarsılmaz qaya” əməliyyatının bitdiyi andan belə itkilər olmayıb. Habelə ad və soyadı elan edilməyən bir zabit də yaralanıb.

“Vzqlyad” qəzetinin məlumatına görə, bu hadisəyə aid hər şeyə ən ciddi məxfilik qrifi qoyulub. Və, bu, şübhəsiz, düzgündür. İsrail hökuməti əməliyyata qatılmış öz hərbçilərini, agenturanı ifşadan, əməliyyatın taktiki özəlliklərini isə yayılmadan bu qaydayla qoruyur.

Bütün bunlarla yanaşı başqa bir məsələ aydındır: xüsusi təyinatlı dəstə komandirinin həlakı İsrailin döyüşçülər dəstəsinin bir sıra qaçılmaz səhvlər buraxdığının əlamətidir. İkinci zabitin yaralanması isə səbəblərini təyin edilmiş komissiyanın üzə çıxaracağı səhvin dərəcəsini gücləndirir.

SAXAL-ın xüsusi təyinatlısı artıq yetərincə uzun müddət belə itki vermirdi. Deməli, istisna deyil ki, bu hadisə, ən azı, İsrail müdafiə naziri Avigdor Libermanın istefasının səbəblərindən biri ola bilərdi (amma, çox ehtimal ki, burada onun şəxsi günahı cüzidir).

Əməliyyatın ayrıntılarını və səhvlərin səbəblərini araşdırmağı komissiyaya həvalə edək. Lakin İsrail xüsusi təyinatlısının, adətən, necə fəaliyyət göstərdiyindən və belə səhvləri nə qədər tez-tez buraxdığından danışmaq tamamilə mümkündür.

 

Kütləvi maskalanma

 

Əslində, xüsusi xidmətlərin terrorçuların liderlərini aradan qaldırmağa yönəlmiş fəaliyyəti heç də yeni deyil. “Əski əhd”in (Bibliyanın birinci bölümü-red.) “göz əvəzinə göz” ehkamı nəzərə alınmaqla İsrail xüsusi təyinatlısı üçün isə tamamilə səciyyəvidir. İsraillilər üçün ölkələrinə və vətəndaşlarına qarşı yönəlmiş heç bir hücumu cəzasız qoymamaq xarakterikdir.

Budur, bir neçə örnək. 1995-də Maltada “İslam cihadı” təşkilatının başçısı Fəthi Şkəki İsrail xüsusi xidmətlərinin biri tərəfindən öldürülüb. 2001-in aprelində Cəninə şəhərində İsrail ordusundan həbsxanada gizlənən mühəndis Ayad Hərdan telefon budkasında partladılıb. 2001-in oktyabrında “Duvdevan” döyüşçülərinin həmləsi nəticəsində 2000-in oktyabrından 2001-in sentyabrınadək dövrdə Samariya bölgəsində onlarla terakta sorumlu olan iki başçı Uaəl Asəf və Əsəd Dəka məhv edilib.

İsarilin xüsusi bölmələri olduqca zirəkdir. Məsələn, sözügedən “Duvdevan” (“Albalı”) xüsusi təyinatlı dəstədə “mistaravim”, yəni hərfi mənada “ərəbə oxşar” bölməsi yaradılıb. Bölməyə səciyyəvi yəhudi görkəmi olmayan və aktyor kimi cildə girməyə qabil şəxsləri götürürlər. Onları ərəblər kimi geyinmək, danışmaq, yerimək, oturmağa öyrədirlər. Onların vəzifəsi kütləyə qarışmaq və diqqəti çəkməməkdir. Bu döyüşçülər ərəblərin kütləvi yaşadıqları rayonlarda fəaliyyət göstərirlər. Bölmənin  əsas vəzifələrindən biri kütləvi mitinq və yürüşlərə qarşı müqavimətdir. Aydındır ki, istənilən “yığıncaq” bacarıq məsələsidir. Təşkilatçılar tədbir uğurlu olsun deyə kütlənin içində yerləşən və hərəkətlərilə onu aparan bir neçə (20-ə qədər) adam hazırlayırlar. Əslində, “yığıncağın” uğurunu da onların fəallığı müəyyən edir. “Mistarav”lar kütləyə yayılır, fəalları üzə çıxarır, diqqət çəkmədən onlara yaxınlaşırlar. Obyektə yaxınlaşıb silahı kürəyinə dirəyir və sakitcə qırağa çəkilməyi təklif edirlər. Maşın təyin edilən yerə gəlir və fəalı sürətlə aparır. İğtişaş törədənlər kütlədən yox olandan sonra kütlə sakitləşir və dağılışır.

Amma SAXAL-ın başqa xsusi təyinatlı dəstələri də sonradan belə taktika işlətməyə başlayıb – o cümlədən döyüşçülərin liderlərini oğurlamaq və məhv etmək üçün. Deməli, məsələn, “Şeldaq” dəstəsi kəşfiyyat apararaq məhv obyektinin yaşayış yerini, maşınını müəyyən edir və imkan daxilində maşına və ya evə radiomayak quraşdırır. Aviasiya mayakın siqnalı üzrə raket zərbəsi endirir.

 

Canlı sübutlar

 

Bu əməliyyata birbaşa qatılanların sözlərilə İsrail xüsusi təyinatlısının fəaliyyətinin ayrıntılı təsviri də var. Budur, İsrailin əməkdar xüsusi təyinatlısının “mistaravim”in tərkibindəki ilk fəaliyyət təcrübəsi haqda xatirələrindən fraqment. Xatırladaq ki, SAXAL-da, o cümlədən ən elit bölmələrdə müddətlilər xidmət edirlər.

Bizə belə əməliyyatların aparılmasında çox böyük təcrübəsi olan komandir başçılıq edirdi. Komandir günlərin birində dənizdən Qəzzaya çıxarılan yaraqlılar dəstəsilə görüşməyə vədələşdi… Biz bu düşərgədən olan fələstinlilərə yardıma çağırılmış fələstinlilərin rolunu oynayırdıq. Komandir yaraqlılara izah etdi ki, biz düşərgənin bu yaxınlarda ələ alınmış sakinləriyik və hələlik bizimlə söhbət etməyinə dəyməz. Bu bizə susmaq və bölgəni və dili bilməməyi gizlətmək imkanı verdi.

Biz yaraqlılarla günün oğlan çağı görüşdük, tonqal qaladıq və hansı tərəfdən zərbə gözləmək lazım gəldiyini və hansı yanlış hərəkətin məni ələ verəcəyini bilmədən qorxudan necə titrədiyim yadımdadır. Yaraqlılar yaxşı hazırlanmışdı və həddindən artıq ehtiyatlıydılar. Həm də biz ərəb geyimlərinin altında gizlətdiyimiz tapançalarla silahlansaq da, barıt çəlləyinin üstündə oturmaq duyumu heç vaxt keçmirdi. Yaraqlılar bizim komandirlə söhbətdən sonra gərəkən şeyləri əldə etmək və yeni adamlar ələ almaq üçün pul verdilər. Amma söhbət hər dəfə yüksək nota keçəndə biz tapanaçaları əlüstü çıxarmağa hazır idik.

Yalnız sonra, xeyli il keçəndə başa düşdüm ki, komandirin halı necəymiş. Axı biz ona güvənə bilirdiksə, o bizə həmişə güvənə bilmirdi. Hər şeydən şəklənən yaraqlılardan daha çox biz  öz qərarsızlığımızdan işi istənilən an korlaya bilərdik.

Günlərin birində gərəkən bütün məlumatlar toplananda və oyunu bitirmək lazım gələndə biz yeni görüş yerinə gəldik. Komandir bildirdi ki, yaraqlılar şübhələnib və bizi öldürməyə cəhd edə bilərlər. Biz pusqu qurmağı qət etdik. Düzdür, zəif silahlanmışdıq, amma qəfillik amili və qalib gəlməyə güclü motivasiya olan komandirimiz bizimləydi. Bir də hansısa hazırlıq.

 Biz ağaclarda mövqe tutduq, çünki başqa imkanımız yox idi. Tilov ipiylə əlaqə saxlayırdıq: bir hərəkət – “diqqət!”, ikisi – daha nəsə. Yadımdan çıxıb. Atəş açmaq və sürətlə aşağı düşmək imkanı verən mövqe quraşdırdıq. Amma gözlənilən dörd yaraqlının əvəzinə birdən onu gəldi. Birbaşa ağacın altında əyləşdilər və məşvərətə başladılar. Biz bu zaman onları görə və dinləyə bilirdik. Komandir hansısa bir anda yaraqlıların bizi aradan götürmək qərarına gəldiyini eşidərək tilov ipi vasitəsilə hücuma hazırlaşmaq əmri verdi. Tapançaları, bıçaqları və qumbaraları hazırladıq… Bir neçə dəqiqəqdən sonra hər şey bitmişdi. Onlar gözlənilməzlikdən müqavimətə hətta macal da tapmadılar. Yeddisini öldürdük, üçünü əsir götürdük”.

Budur, maskalanma hərəkətiylə bağlı başqa bir örnək.

2007-nin 8 sentyabrında İsrail ordusunun bölməsi HƏMAS-ın səhra komandirlərindən biri, Əbu-Xalid ayamasıyla ad çıxarmış Muavəş əl-Kadini oğurladı. KİV-lər məlumat verdilər ki, əl-Kadinin HƏMAS yaraqlılarının əlində olan İsrail əsgəri Gilad Şalitin oğurlanmasında əli var.

əl-Kadi cümə günü axşam ailəsi və daha bir adamla cümə namazından evə dönərkən yerli qəbiristanlıq bölgəsində oğurlandı. Dörd yol ağzında açıq kapotlu mikroavtobus yolu kəsmişdi. əl-Kadi yanaşı yola çıxdı. Qəflətən qıraqda yerə çökməyə başlayan bir qoca göründü. əl-Kadi maşını saxladı və nə baş verdiyini öyrənməyə çıxdı. Bu zaman HƏMAS-ın “a-Koah a-Bitsui” deyilən xüsusi bölməsinin libaslarında bir neçə silahlı adam ona sarı sıçradı (yeri gəmişkən, əl-Kadi rəsmən ora məxsus idi). Onlardan biri özəl vasitədən istifadə etməklə yaraqlını neytrallaşdırdı, başqaları isə ailəni çıxartdı və maşında axtarış apardı. əl-Kadini bundan sonra öz maşınına əyləşdirib tezliklə helikopterin endiyi və ələ keçirilən yaraqlıyla əməliyyat iştirakçılarını götürdüyü Dəhaniyə aeroprtuna sarı yollandılar.

 

Səhvlər və itkilər

 

Artıq belə gətirir ki, xüsusi təyinatlının fəaliyyəti haqda əsasən tez-tez olmasa da, yenə də baş verən iflaslardan sonra məlum olur. İsrail xüsusi təyinatlısının bütün tarixi ərzində ən ağrılı belələrindən biri 1997-ci il sentyabrın 5-də gecə baş verib.

16 döyüşçüdən ibarət dəstə podpolkovnik İosi Kurakinin başçılığı altında Livan sahillərinə çıxarılıb. Döyüşçülər Əntsariyə kəndinə sarı yollanıblar. Hansı məqsədlə – geniş ictimaiyyətə indiyədək məlum deyil. İsrailin bildirdiyi kimi, dəstə təsadüfən “Hizbullah” və “Amal” döyüşçülərinin pusqusuna və onların qurduğu minaya düşüb. Sonuncuların törətdiyi partlayışdan döyüşçülərin apardıqları partladıcı maddələr işə düşüb. Partlayış, habelə yaraqlıların atəşi nəticəsində dəstə komandiri başda olmaqla 11 döyüşçü, həmçinin xilas komandasının həkimi həlak olub. Yaralanmış döyüşçülər uzun müddət ərzində onlarda yaraqlıyla və Livan ordusunun əsgərlərilə döyüş aparıb. Onlar “Hizbullah”ın dörd döyüşçüsünü maşınla birgə məhv etməyi bacarıb və meyidlərin  çoxunun təxliyəsinə yardım ediblər. Amma baş serjant İtamar İliyanın cəsədi yaraqlılarda qalıb… Sonradan xüsusi təyinatlının əməliyyatı nəticəsində “Hizbullah”ın döyüş qrupu məhv edilib. Təşkilat rəhbərinin  oğlu Hadi Nəsrullah da dəstələrin birində olub. Sonralar onun cəsədi və başqa yaraqlıların cəsədləri xüsusi təyinatlının cəsədinə dəyişdirilib.

Əntsariyə rayonunda o vaxt gerçəkdə nə baş verdiyi indiyə qədər məlum deyil. Hər necə olsa da, etiraf etməmək olmaz ki, İsrail xüsusi təyinatlısı planlaşdırma və əməliyyat keçirilən zaman səhv edib.

İsraildə bu günlərdə baş vermiş hadisə 1997-dən bəri bu səviyyədə mahiyyətcə ilk b elə itkidir. İsrail xüsusi təyinatlısının Qəzzadakı fəaliyyətinin iflasının məhz buna görə belə böyuk önəmi var və ölkənin müdafiə nazirinin istefasını törətməsə də, tamamilə təsir edə bilərdi.

Tərcümə Strateq.az-ındır.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?