Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Netanyahu Qəzzaya hücum əmri verdi

 

İsrailin baş naziri Benyamin Netanyahunun başçılıq etdiyi, daxili işlər, müdafiə, kəşfiyyat nazirləri, o cümlədən, digər vəzifəlilərin də daxil olduğu Təhlükəsizlik Şurasının bu gün keçirilən 6 saatlıq iclasından sonra İsrailin Qəzzada silahlı fələstinlilərə qarşı hücumları davam etdirməsi barədə qərar qəbul olunub.

Yenixeber.org: Netanyahunun “ən ali qərarverici forumu” adlanan Şuranın iclasında Qəzza zonasında yaşanan irimiqyaslı toqquşma müzakirə edilib. Müzakirələrin yekununda fələstinli hərbçilərin hücumlarına “tələb olunduğu” şəkildə cavab verilməsinin davam etdirilməsinə dair qərar çıxarılıb.

Qeyd edək ki, ötən gündən etibarən “Həmas” Qəzzadan İsrail mövqelərinə 370 raket buraxıb. İsrail ordusu raketlərdən 100-nü “Dəmir günbəz” hava hücumundan müdafiə sistemləri ilə zərərsizləşdirə bilib. Həmçinin, cavab hücumu ilə İsrail ordusu “Həmas”ın Qəzzadakı 150 obyektinə zərbələr endirib.

“Voennoe obozrenie” qəzeti mənbələrinə istinadən yazıb ki, hücumlar nəticəsində 8 fələstinli və İsrail tərəfdən bir nəfər ölüb, onlarla yaralı var. İsrail tərəfdən ölən şəxsin İsrail ordusunun polkovnik-leytenantı olduğu bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam