Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Mənsimovun daha bir “törəməsinin” 2.3 milyardlıq borcu üzə çıxdı



Rusiyanın Rostov şəhərində qeydiyyatdan keçmiş və Türkiyədə fəaliyyət göstərən “Palmali” qrupuna daxil olan “Palmali” MMC şirkətinin müflisləşməsi işinə daha bir şirkət cəlb olunur. Bu barədə “Kommersant” qəzeti Müflisləşmə üzrə Məlumatların Vahid Federal Reyestrinə istinadən yazıb.

Yenixeber.org: Məlumatda deyilir ki, “Palmali” MMC-nin törəmə şirkəti olan “Palmali Xəzər Dəniz Layihələri” MMC-nin 2.3 milyard rubl borcunun yarandığı üzə çıxıb. Kreditorun bəyan etdiyinə görə bu borc ona görə yaranıb ki, “Palmali” MMC-nin törəmə şirkəti “ana” şirkətə 2015-2018-ci illərdə borc verib. Başqa sözlə, Mənsimovun bir şirkəti kredit kimi götürdüyü vəsaiti başqa şirkətinə borc verib.

“Palmali Xəzər Dəniz Layihələri” MMC 2012-ci ildə Rostovda 419 milyon rubl nizamnamə kapitalı ilə yaradılıb. Müəssisənin baş direktoru Oqtay Babayevdir. 2016-cı ildə müəssisə 947 milyon rubl gəlir götürüb. Şirkətin səhmlərinin 100 faizi “Palmali” MMC-yə məxsusdur.

Xatırladaq ki, “Palmali” MMC-nin müflisləşməsi prosedura 2017-ci ilin oktyabrında başlayıb. Hazırda şirkətin kreditorlarının sayı 40-dan çox hüquqi və fiziki şəxsdir. May ayında məhkəmə şirkət üzərində müşahidə prosedurunu işə salıb və ona müvəqqəti idarəçi təyin edib.

“Palmali” MMC-nin borclarının həcmi onun cəmi aktivlərinin dəyərindən böyükdür və şirkətin müflis elan edilməsi, nəticədə aktivlərinin müsadirə edilib satılması qaçılmaz görünür. Mübariz Mənsimovun Türkiyədə də böyük borclarının yarandığı məlumdur.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam