Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Rahat yatmaq istəyirsinizsə, bu yataq dəstindən istifadə edin

Rahat yatmaq istəyirsinizsə, bu yataq dəstindən istifadə edin

 

 

Demək olar ki, əvvəllər evdə daha çox ağ yataq dəstlərindən istifadə etsək də, son illər rəngli yataq dəstlərinə daha çox üstünlük veririk. Amma əksər otellərdə, tətil məkanlarında hələ də ağ yataq dəstlərindən istifadə edilir. Bəs bunun səbəbi nədir? 

 

Yenixeber.org: Bildirilir ki, ağ yataq dəstlərini yumaq daha asan, dəriniz və yuxu keyfiyyətiniz üçün daha faydalıdır. Bəzi mütəxəssislər bu teoremin olduqca köhnəldiyini düşünsə də, digərləri ağ yataq dəstlərindən istifadənin faydalı olacağını düşünürlər.

Ağ və təmiz yataq örtüklərinin yuxu keyfiyyətini artırdığı ilə bağlı heç bir sübut yoxdur. Lakin təmiz hiss etdirdiyi, xoşbəxt xatirələr və gözəl duyğular oyandırdığı düşünülərək, otellərdə adətən ağ yataq dəstləri istifadə olunur.

Sizi otağınızda rahat hiss etdirən hər şey yuxu sisteminin də daha rahat və gözəl olmasını təmin edir. Bu səbəblə əgər ağ yataq dəstləri sizə təmizlik duyğusu ilə birlikdə rahatlıq verirsə, özünüzü daha rahat hiss edəcəksiniz və yuxu sisteminiz düzələcək. Ancaq eyni duyğuları sizə xoş gələn fərqli dəstlərlə də hiss edə bilərsiniz.  

Ağ yataq dəsti dərinizi gözəlləşdirərmi?

Bəzi araşdırmaçılar ağ yataq dəstinin dəri üçün faydalı olduğunu, sızanaq və məsamə problemləri ilə savaşdığını söyləyirlər. Bu araşdırmaçıların fikrinə görə, ağ yataq dəstləri dərinizi birbaşa gözəlləşdirmək üçün təsir etməz. Yuxu sisteminizi keyfiyyətli bir hala gətirdiyi üçün dərinizə kömək edər.

Ağ yataq dəstləri daha asan kirlənəcəyi üçün onlar daha tez-tez yuyulur. Buna görə yuyulan təmiz dəstlər dəri üçün zərərli mikrobları azaldır. 

Gününüzün yarısını üzərində keçirdiyiniz yataq dəstləri üçün mikrob öldürücü, keyfiyyətli yuyucu vasitələr istifadə etməyə diqqət edin. Bu sayədə sadəcə ağ yataq örtükləri deyil, rəngliləri də dərinizə problem yaratmayacaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam