Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Namiq Qaraçuxurluya səhnəyə çıxmağa qadağa qoyuldu

Namiq Qaraçuxurluya səhnəyə çıxmağa qadağa qoyuldu

 

"Namiq Qaraçuxurlunun ayağındakı sınıq açıq sınıq idi. Yəni sümük açıqda idi. Bu da həmin bölgədə infeksiya olma ehtimalını artırır. Bu da gələcəkdə yara və ya daha da böyük problemlərə gətirib çıxara bilər. Əsas şikayəti ondan ibarətdir, amma normal, tez-tez görünən bir sınıqdır. Digər bir səbəbsə həm iç, həm də çöl tərəfdən sındırması olub. Əməliyyatda elə də bir problem olmadı"

 

Yenixeber.org: Bu sözləri "ARB TV"-nin "Günə son" proqramına açıqlaması zamanı məşhur meyxana ustadı Namiq Qaraçuxurlunu əməliyyat edən həkim Rəşad Zeynalov bildirib.

Meyxanaçının bir az narahat qaldığını və tez ayağa qalxmaq istədiyini dilə gətirən həkim uzun bir müddət istirahət etməli olduğunu qeyd edib: "Əsas şikayəti ondan ibarət idi ki, çoxlu konsertləri, görüşləri var idi. Amma o, yataq rejimində olmalıdır. Baldır sümüklərinin sınıqları digər sümüklərlə birləşməsi oxşardır. Bu da hardasa 2 aydır. Yataq rejimi olmalıdır. Ayağını aşağı sallamaq olmaz. Rahat şəkildə ayağını basıb gəzə bilməz. Buna görə də bitişməsini gözləmək lazımdır. Ayağına basmadan gəzə bilər".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam