Redaktor seçimi
Kolxozdan gələn gömrük generalının müəmmalı keçmişi:
ELMİN AZƏRBAYCAN “BAZARI”… –
43 saylı Notariat Kontorundan şikayət:
Kənd təsərrüfatında qohumbazlıq nümunəsi:
Aqroterrorizm:
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Günün xəbəri

10 min ton pambıq ipliyi hara yoxa çıxıb? -ARAŞDIRMA

10 min ton pambıq ipliyi hara yoxa çıxıb? -

 

Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikasına istinadən hazırlanan "Xarici ticarətin vəziyyəti haqqında arayış"a görə, 2016-cı ildə pambıq ipliyi ixracatından 18 milyon 013 min 28 dollar gəlir əldə edilib.
Yenixeber.org:  Bu o deməkdir ki, ötən il ixracata 9 min 362 ton pambıq ipliyi ixrac olunub. 
 İqtisadçı Qubad İbadoğlu 1 ton pambıq ipliyi ixracatından 1924 dollar, 1 kiloqramdan təxminən 2 dollar valyuta gəlirinin əldə olduğunu deyib. 
İqtisadçı qeyd edib ki, bununla yanaşı 2017-ci ilin ilk 2 ayı ərzində 1 027 ton və ya 2 milyon 373 min dollarlıq pambıq ipliyi ixracata göndərilib:"Bunu da nəzərə alanda məlum olur ki, ötən il istehsal olunmuş pambıqdan alınan ipliyin 10 min 390 tonu ixrac olunub.
Dövlət Statistika Komitəsinin 2016-ci ilin yekunlarına dair məlumatında qeyd olunub ki,  ötən il ərzində cəmisi 19,4 min ton pambıq iplik istehsal olunub. 2017-ci ilin yanvar-fevral ayına olan digər məlumata görə, əlavə olaraq 2,5 min ton pambıq ipliyi dəcari ilin mart ayının 1-ə qədər istehsal olunub. Onu əlavə edəndə ötən illə birlikdə bu ilin martın 1-ə olan cəmi pambıq ipliyi istehsalı 22 min tona çatır”. 
Qubad İbadoğlu bildirib ki, qeyd olunan rəqəmlərə görə ötən il istehsal olunmuş pambıq ipliyinin yarısından da az hissəsi ixrac olunub: "Belə çıxır ki, 10 min tona qədər pambıq ipliyi ya ambarlarda saxlanılır, ya da daxildə hazır məhsul istehsalına yönəldililr. İnanmaq çətindir”.
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     

Ən çox oxunanlar