Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

8-ci km bazarı niyə satılmadı?

 

"Əvvəllər biz evə nəsə almaq lazım olanda ənənəvi bazarlara gedirdik. Səhər saatlarında bazara gəlir və məhsulun ən təzəsini, ucuz qiymətə alırdıq. Bazarda istədiyimiz malı tapmaq da mümkün idi. Bazar həm cibimizə uyğun idi, həm də burada satılan məhsullar təzə və keyfiyyətli idi".

"Xeberinfo.com":  Məlumata görə, bu sözləri ANS PRESS-in əməkdaşı ilə söhbətində paytaxt sakini Vaqif Əliyev söyləyib. Yaşlı kişi bazarların Azərbaycan mədəniyyətində özünəxas yer tutduğunu söyləyir. Vaqif dayı deyir ki, hələ sovet vaxtında turistlər xarici ölkələrdən bizim bazarları görməyə gəlirdilər: "Buradan aldıqları suvenirləri və əşyaları isə Bakıdan xatirə olaraq saxlayırdılar. Ancaq təəssüf ki, bu gün o bazarların yerində yeni marketlər və binalar tikilməkdədir.

Vaqif dayının sözlərində şübhəsiz ki, həqiqətlər var. Hər ötən il paytaxtda bu ənənəvi bazarların sayı azalır. Artıq Pasaj bazarı, Yasamal bazarı, Beş mərtəbə yaxınlığındakı bazar, Şüşəli bazar, Kömürçü bazarı tarixə qovuşub. 

Bu cür ənənəvi bazarlarda alıcı ilə satıcı arasında həmişə qiymət bazarlığı olur. Hələ axşam bazarında isə daha ucuz qiymətə məhsul tapmaq mümkündür. Bunların heç biri hazırki müasirləşmiş dükan və supermarketlərdə yoxdur. Azərbaycan şərq ölkəsi olduğu üçün bazarların bizim əhali üçün ayrıca bir yeri var. Bununla belə, bazarlar həmçinin turistlərin maraq göstərdiyi əsas yerlərdən biridir. Hər bir şəxs səyahət etdiyi ölkənin bazarından nəsə alaraq öz vətəninə aparmaq istəyir. Bu gedişlə isə ölkəmizə gələn əcnəbilər nəsə almaq üçün bazar tapa bilməyəcəklər.

İndi isə Bakının ən ucuz bazarlarından sayılan "8-ci km Ticarət Mərkəzi" satılıb. Bəs görəsən bu bazar da digərləri kimi tarixi qovuşacaq? Paytaxtın ən böyük bazarlarından sayılan "8-ci km Ticarət Mərkəzi"nin aqibəti necə olacaq?

Apardığımız qısa bir araşdırmadan məlum olub ki, bazarın yalnız bir hissəsi satılıb. Yerdə qalan hissə isə özəl olduğu üçün oranın öz sahibi var. Satılan ərazi isə bazarın içərisində balıq və ət məhsullarının satıldığı ticarət mərkəzidir. Həmin mərkəzin yeni sahibi dövlət büdcəsinə 312 iki min manat məbləğində pul vəsaitinin köçürülməsini, habelə 6 ay ərzində müəssisəyə 1 milyon 180 min 760 manat məbləğində investisiya qoyuluşunun həyata keçirilməsini öhdəsinə götürüb.

Antisanitar vəziyyətin hökm sürdüyü ticarət mərkəzinin satılmasında məqsəd oranın müasirləşdirilməsidir. Yəni, investora bazarın ən son standartlara cavab verməsi üçün tələblər irəli sürülüb. Bununla yanaşı, orada işləyənlərin sosial vəziyyətinin və əməkhaqqının yaxşılaşdırılması da bazarın yeni sahibi qarşısında şərt kimi qoyulub. Yerli KİV-də bazarın profilini dəyişəcəyi ilə bağlı yazılar dərc olunur. Ancaq mütəxəssislər bazarın əvvəlki qaydada fəaliyyətinə davam edəcəyini güman edirlər. Bununla yanaşı, satılan ticarət mərkəzinin öz profili ilə işləməsi daha sərfəli görünür. 

İqtisadçı-alim Vüqar Bayramov ANS PRESS-ə açıqlamasında bildirir ki, ənənəvi bazarın olması həm rəqabət, həm də kənd təsərrüfatı məhsullarının qiyməti baxımından sərfəlidir. Təbii ki, bazar ləğv olunarsa bu, qiymətlərə təsir göstərər:

"Məhz buna görə də qiymət artımının qarşısını almaq üçün həmin ərazidə yeni tikiləcək ticarət mərkəzində fermerlərə ucuz qiymətə yerlər təklif olunmalıdır. Yox, əgər yer pulunda artım olarsa, təbii ki qiymətlərin artımına və kənd təsərrüfatı məhsullarının bahalaşmasına gətirib çıxaracaq. Bu gün Şərq bazarının timsalında bu praktikanın əyani şahidi oluruq". 

Mütəxəssisin fikrincə ənənəvi bazarların sıradan çıxarılmasının qarşısını almaq mümkün olmasa da, əvəzləyici addımlar atmaq mümkündür. 

"Yarmarkaların mütamadiliyini artırmaq mümkün olarsa, qiymətlərin tənzimlənməsinə nail olmaq olar. Bununla yanaşı, yalnız həftə sonları deyil, əksər günlərdə yarmarkaları təşkil etmək lazımdır. Bu isə bazarların yarmarkalarla əvəz olunmasına gətirib çıxaracaq. Nəticə etibarı ilə fermerlər məhsulları daha ucuz qiymətə yarmarkalara çıxaracaqlar" - deyə ekspert söyləyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam