Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

“Necə olur ki, Naxçıvanda mümkün olur, amma Bakıda yox?”

eldar_ibragimov_88922

“Bakıdakı bazarlar inhisarçıların əlindədir”

“İranda bu gün istehsal çox olduğu üçün kartofu ucuz gətirib Azərbaycanda satırlar. Beləliklə də, bizim bazarı ələ ala bilirlər. Bizdə bu sistem tənzimlənməlidir. Əgər kimlərinsə bazarı mənim xalqımın əleyhinədirsə, əlbəttə buna son qoyulmalıdır”.
Xeberinfo.com:  Bu sözləri modern.az saytına açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
Deputat bildirib ki, İrandan ucuz kartofun gətirilməsi yerli bazarı öldürür:
“İlk növbədə məhsul istehsalını artırmalıyıq. Gədəbəy kartofunun dadı heç bir ölkədə yoxdur. Bu məsələlər bazarda nəzarətlə tənzimlənməlidir. İran ucuz kartofu gətirir, bazarımızı öldürürlər. Nəticədə isə istehsalçımız malı sata bilmir və əlində qalır.
Malını sata bilmədiyinə görə artıq gələcəkdə o məhsulu əkmir. Mən də ucuz malın tərəfdarıyam, amma rəqabətə girə bilək ki, İrandan gələn ucuz kartofdan da ucuz sataq. Həm yerli əhali ala bilsin və həm də alıcılıq yüksəlsin”.
Eldar İbrahimov Bakı bazarlarındakı inhisarçılara qarşı mübarizə aparmaq lazım olduğunu deyib:
Yerli məhsulun baha olmasının əsas səbəbləri odur ki, Azərbaycanda bazara nəzarət olmalıdır. İqtisadiyyat Nazirliyi bazara və qiymətlərə nəzarət etməlidir.
Belə hallar yalnız Bakının bazarlarındadır. Regionlarda belə şey yoxdur. Necə olur ki, Naxçıvanda fermerlər özləri istehsal etdikləri məhsulu bazara çıxarıb sata bilir, amma Bakıda yox?
Deməli, Bakıdakı bazardakı möhtəkirlər, inhisarçılara qarşı mübarizə aparmaq lazımdır”.
“Hava şəraitinin pis keçməsinə baxmayaraq, əgər bazarın qiymət siyasəti düzgün formada tənzimlənsə, heç bir qıtlıq baş verə bilməz”-deyə deputat əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam