Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Kərəm Həsənov “Vosmoy”u hansı yollarla ÖZƏLLƏŞDİRDİ?

 

Milyonllala manat dəyəri olan bazarın “su qiymətinə” özəlləşdirilməsində ciddi qanun pozuntularına yol verilib

Əmlak Məsələləri Dövlət Komitəsi “Vosmoy” bazarının özəlləşməsində kompleks qanun pozuntusuna yol verib.

"Xeberinfo.com":  Məlumata görə, bunu afn.az-a açıqlamasında özəlləşdimə üzrə ekspert Hafiz Babalı deyib. Onun sözlərinə görə, dövlət obyektinin özəlləşdirilməsi zamanı bir sıra ciddi qanun pozuntularına yol verilib: “Qanunvericiliyin tələbinə əsasən, investisiya müsabiqəsinə çıxarılan əmlak 100 faizlə çıxarılmır: “Ən azından onun 25 faizi çıxarılır, yerdə qalan hissənin dövlətsizləşməsində digər özəlləşdirmə metodlarından istifadə olunmalıdır. Bunlar isə bazarın 99,99 faizə yaxın hissəsini investisiya müsabiqəsinə çıxarıblar.

312 min manat Bakıda bir mağazanın qiymətidir

Hafiz Babalı

Hafiz Babalı

Üstəlik də bunu bir investora veriblər. Çox ciddi qanun pozuntusudur. İkincisi, qoyulan qiymət hansı meyarla müəyyən olunub? 312 min manat Bakıda bir mağazanın qiymətidir. Əvvəla, müəyyən olunmalı idi ki, “Vodmoy” investisiya müsabiqəsinə çıxarılmalıdırmı? Hansı meyarla müəyyən olunub ki, obyekt investisiya müsabiqəsinə getməli idi?
Baxın, bu qədər müəssisələr özəlləşdirməyə çıxarılır, digər özəlləşdirmə şəklində. Burda isə gündəlik gəlir gətirən bazar investisiya müsabiqəsinə çıxarılıb. Nə baş verir? Bu özəlləşdirmə nəticəsində büdcəyə ödənilən cəmi 312 min manat olacaq. Eyni zamanda naməlum saxlanan fiziki şəxs-investor deyib ki, müəssisəyə 1 milyon pul qoyacaq. Bu müəssisəyə qoyduğu pul kimindir, həmin şəxsin özünün. Deməli, bu adam, pulu bir cibindən götürüb digər cibinə qoyacaq. Çünki orda başqa investor yoxdur”.
H.Babalı “Qaradağsement”in özəlləşməsi prosesini misal çəkərək bildirir ki, bu prosesdə qayda-qanun necədir: “Holcim” gətirdi ora böyük sərmayə yatırdı, halbuki orada səhmdarlar da vardı. İndi o səhmdarların hər biri payını götürür. Burda isə özəlləşdirmə çox qara yollarla aparılıb. Ondansa yaxşı bir qiymət qoyub pul hərracına çıxara bilərdilər. Dövlət büdcəsinin ehtiyaclı vaxtında pul gələrdi. Əgər bazarın nizamnamə kapitalı 1 milyon qiymətləndirilibsə, bu o deməkdir ki, real qiymətdən qat-qat aşağı vəsaitdən söhbət gedir. Ora çox yaxşı qiymət qoymaq olardı. Yəni qiymətləndirmə düzgün aparılmayıb. Dövlət əmlakının qiymətləndirilməsi haqqında ölkə başçısının fərmanına görə orada bazar qiyməti tətbiq olunmalı idi”.
5vosEkspertin fikrincə, müəssisə açıq pul hərracında satılmalı idi. Onun səhmləşdirilməsinə ehtiyac yox idi: “Mən hələ bunun əvvəlki özəlləşdirilməsinin ləğvini qoyuram kənara. Eyni zamanda onu da toxunmuram ki, 2008-ci ildə özəlləşdirilməsi ləğv olunandan sonra bu müəssisə 6 il dövlətin sərəncamında qaldı. Bu 6 ildə onun idarə olunmasından dövlət büdcəsinə nə gəldi? Əmlak Komitəsi əslində özəlləşdirmə proseduruna başlamamışdan əvvəl, ya da sonra buna aydınlıq gətirməli, müəssisənin özəlləşməyə açılmasını əsaslandırmalı idi.

Orada işləyənlərin hüquqları pozulub, onlara 15 faizlik səhm paketi satılmayıb

3voskoÜmumiyyətlə, özəlləşdirmə haqqında məlumat belə qanunvericiliyin tələbinə zidd olub. Məlumatda özəlləşdirilən əmlakın yerlışdiyi torpaq sahəsi, onun üzərindəki qurğuların həcmi, tikililərin xarakteristikası əksini tapmalı idi.Daha bir qanun pozuntusu səhmdar cəmiyyətdə çalışan işçilərə qanunvericiliklə müəyyən olunmuş qaydada 15 faizlik səhm paketinin satılmamasıdır. Onlara 0,9-ın altında səhm satılıb. Yerdə qalan nəyə görə satılmayıb? Çünki o şəxslərə qanunla müəyyən olunmuş bərabər iştirak hüququ təmin olunmayıb. Təsəvvür edin, bazarda işləyirsiz, öz hüququnuzu bilirsiz. Bilirsiniz ki, qanunun tələbinə əsasən özəlləşdirmə zamanı sizə təklif olunmalıdır ki, gətir filan qədər pul qoy burada sənin də payın olsun. Hansı ağlı başında olan adam buna getməz? Sadəcə olaraq bu şəxslərə şərait yaradılmayıb. Qanunvericiliyin tələbinə uyğun olaraq, mətbuatda məlumat gedəndə oradakı hər kəsə bəlli olmalı idi ki, nə qədər pul təqdim etməlidir. Əmlak Komitəsi bu məlumatı verməyərək yalnız iştirak edə biləcək şəxslərin sayını bildirir, amma 15 faizlik pay üçün hər bir şəxs nə qədər pul verməlidir, bunu açıqlamır. Aydın məsələdir ki, obyektə mülkiyyətçi olmaq üçün vətəndaşlar borc da olsa tapıb gətirəcəkdilər. Yəni bu prosesdə qanunvericilik kompleks şəkildə pozulub”.

Bütün təkliflər açıqlanmalı idi, özəlləşdirmə komissiyası çox qeyri-şəffaf işləyib

1emlDigər tərəfdən, müsahibimizin sözlərinə görə, müsabiqədə iştirak edən 3 nəfərdən 2 digərinin təklifləri də açıqlanmalıdır: “Necə olur müsabiqə üçün təyin olunan minimal məbləği ödəyən şəxs qalib olur? Məlum məsələdir ki, digər iki nəfər də o minimumu ödəyib, əks halda onlar iştirakçı kimi tanınmazdılar. Bəs onların təqdim etdiyi investisiya nə qədər idi? Bu, açıqlanmalıdır. “Bakıelektrikşəbəkə” idarəetməyə veriləndə bütün təkliflər açıqlandı və hamı gördü ki, hər kəsdən yüksək səviyyəli iş təklif edir. İndi burada özəlləşdirmə komissiyası çox qeyri-şəffaf bi şəraitdə işləyib. Müsabiqənin nəticələri də bir aydan sonra açıqlanıb”.
7-8 ildir baş nazirliyin sədrliyi ilə yaranan Özəlləşməyə Nəzarət üzrə Dövlət Komissiyasının fəaliyyətsizliyi də bu cür hallara rəvac verir. H.Babalının sözlərinə görə, bu prosesdə hüququ tapdanan vətəndaş hara müraciət edəcəyini bilmir: “Çünki bu komissiyanın əsasnaməsi hələ təsdiq olunmayıb, baxmayaraq ki, prezident bunun üçün baş nazirə 2, ya 3 ay vaxt vermişdi. Burada qanun və hüquqların kompleks pozuntusu var. Ona görə də Kərəm Həsənov atını istədiyi tərəfə çapır”.

Bazarın təzə sahibi də köhnə müdirdir?

2vosBəs kimdir “Vosmoy” bazarı belə su qiymətinə özəlləşdirən? Afn.az-ın araşdırmaları zamanı daha çox bazarın hazırkı sahibinin(?) adı hallandı. Dəqiqlədirə bilmədiyimiz məlumata görə, Rasim Məmmədovbazarın həm köhnə, həm yeni sahibidir. Lakin bu istiqamətdə araşdırmalarımız hələ davam edir və məlumatın dəqiqliyinə zəmanət vermirik. Sadəcə onu qeyd edək ki, Vergilər Nazirliyinin bazasında bazar hələ də R.Məmmədovun adınadır. Lakin o da ola bilər ki, bazarın yeni sahibi R.Məmmədovu direktor olaraq saxlasın.

Əmlak Komitəsi: “Yeni sahib adının açıqlanmasını istəmir”

Qulu Xəlilov

Qulu Xəlilov

Bu arada mətbuatda səslənən iddialara Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat katibi Qulu Xəlilov açıqlama gətirib. Modern.az saytına danışan mətbuat katibi bildirib ki, Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi 2-ci dövlət proqramına əsasən investisiya müsabiqəsi ilə həyata keçirilir. Bununla bağlı bütün qanunvericilik prosedurlarına əməl olunur: “Eyni zamanda, “8-ci km Ticarət Mərkəzi” də tam şəffaflıq və aşkarlıq şəraitində özəlləşdirilib. Əvvəlcədən qanunvericiliyə əsasən investisiya müsabiqəsi elan olunub. Bu haqda həm komitənin saytında, həm də mətbuatda məlumat verilib”.
O qeyd edib ki, bu elanda həmin müəssisənin bütün texniki paramertləri, balans dəyəri, göstəriciləri, sahəsi, profili, işçilərin sayı, iqtisadi vəziyyəti və s. qeyd olunur: “Eyni zamanda, investisiya müsabiqəsinin elanında qalib olmaq üçün investorlara müvafiq şərtlər qoyulur. Burada əməkhaqqı borclarının ödənilməsi, eyni zamanda abadlaşdırma, iqtisadi şətrlər əsas götürülür. Təbii ki, investisiya müsabiqəsini digər dövlət orqanları ilə birgə invesitisiya komissiyası təşkil edir. Bu komissiyanın qalibi açıq səsvermə ilə həyata keçirilib.
Bir ay əvvəldən elan verilib. Daha sonra komissiya üzvləri toplaşıb, açıq səsvermə yolu ilə də qalib müəyyən olunub. Bu, fiziki şəxsdir, adının elan olunmasını istərmir. Mətbuatın niyə maraqlı olduğunu anlamıram. Bu da digərləri kimi sıradan bir müəssisədir. Nəticələr barədə müvafiq məlumatlar verilib”.

Bazarı dolayısı ilə Kərəm Həsənovun özü alıb?

Kərəm Həsənov

Kərəm Həsənov

Q.Xəlilovun sözlərinə görə, bəzi mətbuat orqanlarının “8-ci km Ticarət Mərkəzi”nin özəlləşdirilməsində şübhəli məqamların olduğu ilə bağı yazdıqları tam yalandır: “Biz tam şəffaflıq şəraitində fəaliyyət göstəririk”.
Bazarı dolayısı ilə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun almasına isə komitə rəsmisi belə cavab verib: “Bundan heç söhbət də gedə bilməz. Bir daha qeyd edirəm, bu sıradan bir müəssisədir. Niyə ajiotaj yaradılmağa çalışılır, sensasiya axtarılır, anlaşılan deyil”.
“Qalibin kimliyi mütləq şəkildə ictimaiyyətə açıqlanmalıdırmı” sualına cavab olaraq Qulu Xəlilov deyib ki, qalib adi fiziki şəxsdir: “Onun adının bilinməsi nəyə görəsə üstünlük qazandıracaqmı? Şəxs adının mətbuatda hallanmasını istəmir. Şirkət olsa idi bəli, marağa səbəb olardı, adi fiziki şəxslə niyə bu qədər maraqlanırlar? Bir daha deyirəm ki, hər şey tam şəffalıq şəraitində həyata keçirilib. Kim istəyirdi, kimə maraqlıydısa, gəlib iştirak edərdi”.
Qeyd edək ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Prezidentinin 17 iyul 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na müvafıq olaraq Dövlət Komitəsi “8-ci km Ticarət Mərkəzi” ASC-nin səhmlərinin satışı üzrə investor müəyyən olunub. Qalib şəxsin kimliyinin açıqlanmaması isə müxtəlif söz-söhbətə səbəb olub.

Bazarın sahibi sabiq merin oğludur?

Rəfail Allahverdiyev

Rəfail Allahverdiyev

Qalmaqallı bazarda olan əməkdaşımız isə maraqlı məqamlar üzə çıxarıb. Bazarda çalışanlarla söhbət zamanı bildirilib ki, obyektin təkcə torpağının qiyməti minimum 3-4,5 milyon manat edir.
Satıcılar afn.az-aonu da bildiriblər ki, obyektin özəlləşməsində maraqlı deyillər. Çünki hər gələn özü ilə təzə qaydalar, yeni qiymətlər gətirir: “Buradan minlərlə adam dolanır. Zəhmətlə pul qazanırıq. Təkcə bu 20 kv.m-lik yer üçün ayda 1270 manat yer pulu ödəyirəm. Hələ işıq pulu və digər çıxarlarımı da hesablayanda, ayıma 2 min manat xərcim çıxır”.
Maraqlıdır ki, bazarda işləyənlər obyektin əsl sahibinin sabiq Bakı meri, mərhum Rəfail Allahverdiyevin oğlu olduğunu, buranın onun tərəfindən idarə olunduğunu bildiriblər

Azpolitika

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam