Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Kərəm Həsənovun sirli bazar əməliyyatı açıldı

 

Neçə gündür mətbuatda Əmlak Məsələləri Dövlət Komitəsinin elan etdiyi tenderdədövlət əmlakına məxsus “8-ci kilometr” bazarını özəlləşdirən şəxsin kimliyi barəsində məlumatlar və araşdırmalar gedir

"Xeberinfo.com":  Məlumata görə, gunxeber.com-a bu şəxsin kimliyi məlum olub. 
Sayta daxil olan məlumata görə, bu şəxs  “Baku Steel Company»nin icraçı direktoru Rasim Məmmədovdur. Xəbərdə bildirilir ki, bazarın “su qiyməti”nə özəlləşdirilməsinə səbəb R.Məmmədovun yüksək səviyyədə himayə olunması və sözügedən komitənin sədri Kərəm Həsənovla əlbir olmasıdır.
Bazrın kimin adına özəlləşdirilməsi xəbərini dəqiqləşdirmək üçün Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilovla əlaqə saxladıq. O işdə olmadığını, birazdan məlumat vercəyini desə də, buna əməl etmədi.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi 5 dekabr 2014-cü il tarixində komitənin rəsmi saytında “8-ci km ticarət mərkəzi” səhmdar cəmiyyətinin səhmlərinin satışı üzrə tender elan edib . “8-ci km ticarət mərkəzi” səhmdar cəmiyyətinin səhmlərinin 1 milyon 31 min 82 manat olduğu açıqlanıb. Tenderin şərtlərinə görə, bazarın səhmlərinin 99,89 faizi yeni investorun olacaq. Bunun müqabilində tenderin qalibi dövlət büdcəsinə 312 min manat köçürməlidir.
Müsabiqənin şərtlərinə görə, hazırda “8-ci kilometr” bazarını alan şəxs bir sıra tələbləri yerinə yetirməlidir. Əgər bazarın yeni sahibi bu şərtlərə əməl etsə, yaxın zamanlarda orada tikili və qurğular müasir standartlara uyğunlaşdırılacaq, bazara yeni avadanlıqlar alınacaq, ərazi abadlaşdırılacaq, işçilərin sosial təminatı üzrə iş aparılacaq.
“8-ci kilometr” bazarı dövlət əmlakı olduğu üçün və burada dövlət əmlakının satışı həyata keçirildiyi üçün Əmlak Məsələləri Dövlət Komitəsi həmin əmlakın kimə və hansı şərtlərlə satıldığı haqqında ictimaiyyətə məlumat verməlidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam