Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Əhalinin banklardakı əmanətlərinin həcmi açıqlandı

 

Bu ilin noyabr ayının 1-nə əhalinin banklardakı əmanətləri 7 milyard manat olub.

 

"Xeberinfo.com": Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, bu, keçən ilin müvafiq dövrünə nisbətən 11,1 faiz yaxud 0,7 milyard manat çoxdur.

 

Həmin əmanətlərin 4,4 milyard manatı, yəni əvvəlki ildən 0,5 milyard manat artıq hissəsi milli valyuta ilə, 2,6 milyard manatı və ya ötən ildən 0,2 milyard manat çox hissəsi isə xarici valyuta ilə qoyulub.

 

Ölkənin maliyyə-kredit təşkilatları noyabrın 1-nə kimi 17,8 milyard manat məbləğində kredit verib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard manat, yaxud 13,3% çoxdur.

 

Bu ilin 10 ayı ərzində verilən kreditlərin 79,2 faizi uzunmüddətli olub ki, onun da 5,3 faizinin ödəmə vaxtı keçib.

 

Xatırladaq ki, 2013-cü ilin yanvar-oktyabr ayları ərzində verilən uzunmüddətli kreditlərin həcmi 77,5 faiz olub ki, onların da 5,2 faizinin ödəmə vaxtı keçib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam