Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Ölkəmizin əhalisi kreditlərin girovuna çevriliblər

 

Əhalinin banklara 18 milyard manat kredit borcu var

 

"Xeberinfo.com":  Məlumata görə, 2014-cü ildə əhalinin gəlirləri əvvəlki illə müqayisədə 4,8 faiz artaraq, 39,4 milyard manata çatıb. 
Dövlət Statistika Komitəsinin 2014-cü ildə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri ilə bağlı xülasəsində bildirilir ki, əhalinin hər nəfərinə düşən məbləği isə, 3,5 faiz artaraq, 4180,5 manata çatıb. Gəlirlərin 68,8 faizi son istehlaka, 8,7 faizi vergilərə, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 20,0 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf olunub. 
Əhalinin banklardakı əmanətləri 2014-cü ilin on bir ayının göstəriciləri ilə müqayisədə 10,4 faiz artaraq, 7,1 milyard manata çatıb. Əmanətlərin 4,5 milyard manatını və ya 63,2 faizini milli valyuta, 2,6 milyard manatını isə xarici valyuta təşkil edib və vəsaitlərin 5,4 milyard manatı özəl banklara qoyulub.
 
Xülasədə diqqət çəkən maraqlı məqam yanvar-noyabr aylarında maliyyə-kredit təşkilatları tərəfindən ölkənin hüquqi və fiziki şəxslərinə verilmiş kreditlərin məbləği ilə bağlıdır. Bu məbləğ 19,1 faiz artaraq, əvvəlki illərdə verilmiş kreditlər də nəzərə alınmaqla, 18,2 milyard manata çatıb. Kreditlərin 79,5 faizi uzun müddətə verilib, 5,4 faizinin isə ödəmə vaxtı keçib. 
Ekspert Samir Əliyevin sözlərinə görə, əhalinin gəlirlərinin ilbəil artmasına rəğmən, artım tempinin getdikcə azalması, xərclərin isə artması müşahidə edilir: “2012-ci ildə gəlirlərin artımı 13,8 faiz olduğu halda, sonrakı illərdə azalaraq, 2013-cü ildə 8 faiz, 2014-cü ildə isə 4,8 faiz təşkil edib. Gəlirlərin strukturuna diqqət yetirdikdə məlum olur ki, son istehlak xərclərinin artımı, yığım imkanlarının isə məhdudlaşması baş verir. 3 il öncə gəlirlərdə son istehlakın payı 61 faiz olduğu halda, ötən il onun payı artaraq, 68,8 faizə yüksəlib.
Əmanətlərin və kapitalın artırılmasına yönəldilən gəlirlər isə azalaraq, 2012-ci ildəki 29,3 faizdən 20 faizə düşüb. Bütün bunlar xərclərin sürətlə artmasını göstərir. 
Bəs, bu xərclər nəyin hesabına artır? 
Əlbəttə, ilk növbədə malların və xidmətlərin bahalaşmasını göstərmək olar. İkinci səbəb kimi isə, əhalinin kütləvi şəkildə kreditləşməyə üz tutmasıdır. 
Hətta Mərkəzi Bankın istehlak kreditinə tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlər onun sürətlə artmasının qarşısını ala bilmir. İstehlak kreditlərinin artım tempinin, əhalinin gəlir tempini üstələməsi narahatçılıq doğurur”.
Ekspertin sözlərinə görə, əhalinin gəlirləri ötən il cəmisi 4,8 faiz artdığı halda, istehlak kreditlərinin artımı 23-24 faizə yaxın olub: “İnsanlar istehlak tələbatını faktiki olaraq, kreditlər hesabına ödəyirlər. Ötən il əhali öz gəlirlərinin təxminən 20 faizi məbləğində borclanmaya gedib. Halbuki 2010-cu ildə borclanmanın həddi 10 faizdən bir qədər çox olmuşdu. Artıq bu hədd ciddi siqnaldır. Getdikcə kreditlər insanların gəlir mənbəyinə çevrilir. Bu kreditləri isə, gəlir olmadan qaytarmaq mümkün olmur. Beləliklə də insanlar kreditlərin girovuna çevrilirlər”.(musavat.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam