Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Azerspace-2” peyki 2017-ci ildə buraxılacaq

 

Azərbaycanın peyklər qrupu yaradılması yolu ilə getməsi vacibdir. 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Trend-ə Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) MDB ölkələri üzrə zona bölməsinin rəhbəri Orozobek Kayıkov bildirib.


Onun sözlərinə görə, bu, xərc tələb edən iş olsa da, effektivliyin və peyk rabitəsi xidmətlərinin davamlılığının təminatı üçün Azərbaycana ən azı dörd peyk lazımdır: "Peyklər qrupunun formalaşması göstərilən peyk rabitəsi xidmətlərinin etibarlılığının təminatı üçün lazımdır ki, gözlənilməz şərait və fövqəladə vəziyyətlər yaranan zaman onlar bir-birilərini əvəz edə bilsinlər".

Bir müddət əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilmişdi ki, qurum “Azerspace-2” peyki üçün uzunmüddətli dövr üzrə orbital mövqenin alınması barədə ITU ilə danışıqlar aparır. İkinci peyk sistemi üçün 62 dərəcə şərq uzunluq dairəsində mövqe nəzərdə tutulub. Bir qədər əvvəl Azərbaycan tərəfindən həmin mövqenin alınması üçün sifariş verildi. Amma orbital mövqelərin koordinasiyası məsələsində problemlərin mövcudluğunu nəzərə alaraq, Azərbaycan xarici ölkələrdə orbital mövqenin uzunmüddətli icarəsi haqqında qərar qəbul edib.

Azərbaycanın ikinci telekommunikasiya peyki üçün orbital mövqenin təyin edilməsi məsələsi bu yaxınlarda həll ediləcək. “Azerspace-2” peykinin buraxılışı 2017-ci ilə planlaşdırılır. Peykin tikintisi 30 ay vaxt aparacaq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam