Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ukrayna telekanalı Azərbaycan peykini tərk edir

 

"Ukrayna Televiziya və Radio Yayımı" (UTR) dövlət teleradio şirkəti Azərbaycanın "Azerspace-1" peyki vasitəsilə öz proqramlarının yayımını dayandırıb.

 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərkosmos” ASC-dən bildiriblər.

 

ASC-dən deyildiyi kimi, UTR "Azerspace-1" peykindən gedişini şirkətin Ukraynadakı münaqişə və qrivnanın məzənnəsinin düşməsi nəticəsində yaranmış maliyyə çətinlikləri ilə əsaslandırıb.

 

ASC-dən deyiblər: "Вununla əlaqədar, yanvarın 20-dən etibarən UTR "Azerspace 1"-in Avropa oxundan yayımını dayandırıb. UTR-in siqnallarının qəbulu hələlik yalnız peykin Asiya oxu vasitəsilə mümkündür".

 

“Azərkosmos”-dan deyildiyi kimi, Ukraynanın peyk operatoru ilə əməkdaşlıq davam edir və bu gün "Azerspace 1"-in köməyi ilə üç Ukrayna telekanalının ("Mərkəzi kanal" (KDRTRK), "ChePe Info" və "Kultura") translyasiyası həyata keçirilir.

 

Bundan əvvəl Azərbaycan peyki vasitəsilə "Lviv TV", "ОЕ", "Boutique TV" və "Radio Antoshka"nin yayımları da həyata keçirilib.

 

Hazırda "Azerspace-1" peyki vasitəsilə 130 televiziya və 20 radio kanal yayımlanır. "Azerspace-1" peyki 46 dərəcə şərq uzunluq dairəsində orbital mövqedə yerləşir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam