Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

BDU-da imtahan suallarının sayı azaldıldı

 

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov dekanların və struktur rəhbərlərinin iştirakı ilə I-IV kurs tələbələrinin sinif nümayəndələri ilə görüşüb

 

"Xeberinfo.com":  Məlumata görə, rektor gələn ilin iyun ayında Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi səbəbilə bütün təhsil müəssisələrində tədris prosesinin və imtahan sessiyasının gələn il may ayının 31-də başa çatdırılmasının təmin edilməsi məqsədilə Təhsil Nazirliyinin məktubunu tələbələrin diqqətinə çatdırıb. 
Məktuba əsasən, rektor dərslərin 26.12.2014-cü il tarixində bitməsi, qış imtahan sessiyasının 3 həftə davam etməsi və qış tətilinin 1 həftə olması barədə qrafiklə tələbələri məlumatlandırıb.
BDU-da imtahan qrafikinin sıxlığını və tələbələrin çoxsaylı müraciətlərini nəzərə alaraq rektor imtahan suallarının qismən azaldılması, imtahanlar arasında günlərin sayının normativə uyğun müəyyən edilməsi üçün əlavə olaraq həftənin 6-cı günü də imtahanlar salınması, tələbələrin ərizələri əsasında dekabrın 25-27-sində sessiyadan əvvəl başa çatmış fənlər üzrə imtahanların keçirilməsi, davamedici olmayan fənlər üzrə alt qrupda imtahanların növbəti semestrin birinci həftəsində keçirilə biləcəyi barədə məlumatı , kafedralar üzrə məsləhət saatlarının təşkil olunması, həmçinin yeni tələblərə uyğun tərtib edilmiş imtahan suallarının tələbələrə vaxtında paylanması haqqında göstərişlər verib.
 

 

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam