Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

FHN-dən xəbərdarlıq

 

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) kiçik həcmli gəmilərin və motorlu qayıqların sahiblərinə xəbərdarlıq edib. 

"Xeberinfo.com":  Məlumata görə, noyabrın 28-də Salyan rayonu ərazisində motorlu qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış iki balıqçının sahildən 27 km məsafədə - Səngi-Muğan adası yaxınlığında köməksiz vəziyyətdə qaldığı qeyd olunub. Dərhal FHN Aviasiya dəstəsinin bir ədəd helikopteri ilə dalğıc-xilasedicilər həmin əraziyə cəlb olunub, köməksiz qalmış balıqçılar xilas edilərək aidiyyəti üzrə təhvil veriliblər.

"FHN bir daha əhalinin nəzərinə çatdırır ki, kiçik həcmli gəmi və motorlu qayıqlar yalnız günün işıqlı vaxtı dənizə çıxa bilər. Küləyin sürəti 5-7 metr/saniyə, dalğaların hündürlüyü 0,5-0,75 metrdən artıq olduqda və görmə məsafəsi məhdud olan dumanlı hava şəraitində kiçik həcmli gəmilərin istismarı qadağandır. Kiçik həcmli gəmilərin Xəzər dənizində üzmə məsafəsi sahildən 2 dəniz mili və ya 3700 metrdir", - deyə xəbərdarlıqda bildirilib.


FHN həmçinin xatırladıb ki, dövlət qeydiyyatından və texniki baxışdan keçməyən, bort nömrəsi olmayan, yük və sərnişin götürmə normalarını pozan gəmilərin istismarı qadağandır. Dənizə çıxarkən kiçik həcmli gəmilər və motorlu qayıqlar xilasedici dairə, maqnit kompas və ya GPS naviqasiya vasitələri, xilasedici canlıq (heyət sayına görə), lövbər, yanalma kəndirləri, bir cüt avar, gecə siqnalı üçün əl fənəri, vedrə yaxud quruducu əl nasosu, ilkin tibbi yardım çantası və yanğınsöndürən balonla təchiz olunmalıdır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam