Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Sabiq polis rəisi FHN-də xidmət rəisi təyin edildi

Şamaxının keçmiş polis rəisi, polkovnik Şahmar Paşayevə yeni vəzifə verilib.

Xeberinfo.com:  Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmrilə Ş.Paşayev Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi təyin edilib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi Cahangir Qulamov isə Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin rəisi vəzifəsinə keçirilib.

Xatırladaq ki, polkovnik Şahmar Paşayev Şamaxı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi vəzifəsindən azad edildikdən sonra bu ilin yanvar ayında FHN-in Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin rəisi vəzifəsinə gətirilmişdi. Onun indi təyin olunduğu vəzifə FHN sistemində ən nüfuzlu vəzifələrdən biri hesab olunur.

Şahmar Paşayev DİN-də məşhur simalardan biri olub. O, Şamaxının rəisi olmamışdan öncə Naxçıvan Şəhər Polis İdarəsinin rəis müavini və rəisi, Xətai RPİ 34 və 37 saylı bölmələrinin rəisi, Yasamal RPİ-nin rəisi, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində çalışıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam