Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İmişlidə toya gedən ailə qəzaya düşdü -Xəsarət alanlar var

İmişlidə toya gedən ailə qəzaya düşdü -

 

İmişli rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Yenixeber.org: Hadisə günorta saatlarında İmişli şəhərində, Şəhidlər Xiyabanı yaxınlığında qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil hərəkətdə olarkən qarşıdan gələn avtomobillə toqquşma təhlükəsi ilə üzləşib. Bu səbəbdən sürücü maşını yolun kənarına çıxarıb.

Hadisə zamanı "Mercedes"də olan İmişli sakinləri: - 1972-ci il təvəllüdlü Nüşabə Mecdin qızı Fərmanova və qızı - 2002-ci il təvəllüdlü Aysel İnqilab qızı Fərmanova, 1979-cu il təvəllüdlü Aynurə Atakişi qızı Quliyeva və övladları: - 2008-ci il təvəllüdlü Ülvi Mahir oğlu Quliyev və 2002-ci il təvəllüdlü Səbinə Mahir qızı Quliyeva aldıqları yüngül bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Xəstəxanada onlara ilk tibbi yardım göstərildikdən sonra yaralılar ambulator müalicəyə göndərilib. Qeyd edək ki, xəsarət alanlar toy mərasiminə gedirmiş.

Faktla bağlı araşdırma aparılır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam