Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qazaxda minik avtomobili avtobusla toqquşub, ölən və xəsarət alanlar var -YENİLƏNİB

 

 

Hadisə zamanı 7 nəfər xəsarət alıb

Yenixeber.org: Qazax rayonunda bir nəfərin ölümü, yeddi nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Bakı-Qazax-Qırmızı körpü istiqamətində hərəkət edən "Mercedes" markalı sərnişin avtobusu "Mercedes" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində minik avtomobilinin Ziya adlı sürücüsü hadisə yerində ölüb.
Hadisə zamanı həmçinin 59 yaşlı Allazova Aybəniz Mahmud qızı, Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Rəhimova Raidə Xanmirzə qızı, 1985-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Həsənova Fərmayə İsmayıl qızı, 1969-cu il təvəllüdlü Bakı sakini Süleymanova Mərziyə Cəlal qızı, 1956-cı il təvəllüdlü Bakı şəhər sakini Ramazanova Sevinc Zedulla qızı, 1953-cü il təvəllüdlü Gürcüstan vətəndaşı Bayramova Zeynəb Əhməd qızı xəsarət alıblar.

Hadisə yerinə cəlb olunan DYP əməkdaşları qəzanın səbəblərini araşdırır. 


***07:44

Qazax rayonunda bir nəfərin ölümü, bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, "Mercedes" markalı minik avtomobili ilə "Mercedes" markalı sərnişin avtobusu toqquşub. Nəticədə minik avtomobilinin Ziya adlı sürücüsü hadisə yerində ölüb. 

Qəza zamanı daha üç nəfər, "Mercedes" markalı avtobusun sərnişini, 59 yaşlı Allazova Aybəniz Mahmud qızı və daha 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam