Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Məhkəmə ANS-lə bağlı qərarını açıqlayıb

 

Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin "Bakcell" MMC-yə qarşı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb

Yenixeber.org:  Hakim Həmid Həmidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, ANS-in apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv edilib. Məhkəmə "Bakcell" MMC-nin iddiasını təmin etməyib.

Qeyd edək ki, "Bakcell" MMC ANS Müstəqil Yayım və Media Şirkətini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən "Bakcell" borcun tutulması barədə tələb irəli sürüb.

Məhkəmə iddianı qismən təmin edib. Qərardan narazı qalan ANS Müstəqil Yayım və Media Şirkəti apellyasiya şikayəti verib.

"Bakcell"in Korporativ Kommunikasiya Bölməsindən "Report"a bildirilib ki, ANS Müstəqil Yayım və Media Şirkəti "Bakcell"in korporativ abunəçisi olub: "Telekommunikasiya xidmətlərinə görə yaranmış borclarını ödəmədiklərinə görə tərəfimizdən məhkəmədə iddia qaldırılıb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddiamızı təmin edərək qətnamə çıxarıb. Bundan sonra ANS şirkəti tərəfindən apellyasiya şikayəti verilib".

Xatırladaq ki, ANS Müstəqil Yayım və Media Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziya 2016-cı ildə ləğv edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam