Redaktor seçimi
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
Günün xəbəri

ANS-in apellyasiya şikayəti təmin edilməyib

ans tv

 

Bu gün Bakı Apellyasiya Məhkəməsində “ANS Müstəqil Yayım və Media” Şirkətinin 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qərarından şikayətinə baxılıb.

Xeberinfo.com:  APA-nın məlumatına görə, hakim Kəmalə Abıyevanın sədrliyi ilə keçirilən prosesdə “ANS Müstəqil Yayım və Media” Şirkətinin şikayəti təmin edilməyib.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18.30-dan etibarən dayandırılması barədə qərar qəbul edib. ANS MTRŞ-nin bu qərarından 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə şikayət verib. ANS-in şikayəti təmin edilməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam