Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycan futbolunda əcnəbi baş məşqçilərlə vida zamanı yetişib- ARAŞDIRMA

 

 

2018/2019 mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edəcək bütün komandalara yerli mütəxəssislər rəhbərlik edə bilər

 

Yenixeber.org: Əcnəbi baş məşqçilərlə işbirliyinə son verməyə zəmin yaradacaq bir sıra məqamlar var. Hazırda elita təmsilçilərindən ikisi – “Qəbələ” və “Keşlə” gəlmələrə güvənməkdədir. Ukraynalı Roman Qriqorçuk 2015-ci ilin yanvarında “qırmızı-qaralar”ın sükanı arxasında olduğu halda, həmyerlisi Yuri Maksimov bu il qış fasiləsində paytaxt klubunda işə başlayıb.

Qriqorçuk “Qəbələ”yə iki dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandırmaqla, böyük uğura imza atsa da, daxili yarışlarda titulun əldə olunmaması onun işinə kölgə salır. Ötən mövsüm çempionluq yarışında və Azərbaycan Kubokunun finalında “Qarabağ”a uduzan Roman İosifoviç son həmləsinə hazırlaşır. Həmyerlisindən fərqli olaraq, Maksimov isə ilk və eyni zamanda, son cəhddə uğur qazanmağı hədəfləyib.

Cari çempionatda da “Qarabağ”ın çempionluğu böyük ölçüdə təmin etdiyini nəzərə alsaq, ümid Azərbaycan Kubokuna qalıb. Finala vəsiqə uğrunda məhz ukraynalı və azərbaycanlı baş məşqçilərin rəhbərlik etdikləri kollektivlər qarşılaşacaqlar. İlk matçlarda qeydə alınan nəticələrə əsasən, Tərlan Əhmədovun baş məşqçisi olduğu “Neftçi” ilə Yuri Maksimovun “Keşlə”sinin həlledici oyunda üz-üzə gəlmək ehtimalı daha böyükdür. Hərçənd, “Qəbələ”ni səfərdə 2:1 hesabı ilə üstələyən “ağ-qaralar”la müqayisədə, “Sumqayıt”ı evdə bir cavabsız qolla məğlub edən keşləlilərin işi daha çətin olacaq. Bu gün baş tutacaq cavab görüşlərində fərqli nəticələrin qeydə alınacağı istisna deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam