Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Bu gün Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulacaq

 

 

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulacaq

 

Yenixeber.org: Son oyun günündə iki matç baş tutacaq. Əvvəlcə qış fasiləsindən sonra uğursuz qrafik cızan “Zirə” “Qəbələ”ni qəbul edəcək. Hazırda 34 xalla 4-cü sırada qərarlaşan meydan sahibləri bu qarşılaşmaya dönüş nöqtəsi kimi baxırlar. Topladığı 40-la 2-ci yerdə olan qonaqlar isə çempionluq mübarizəsindən qopduqları üçün son matçlarda inamsız təsir bağışlayırlar.

Bu kollektivlərin əvvəlki 11 çempionat görüşündən 3-də “Zirə”, 4-də isə “Qəbələ” qələbə qazanıb. Qəsəbə təmsilçisi son 8 oyunda yalnız birində “qırmızı-qaralar”ı məğlub edib.

Turun son oyunu Neftçi” və “Sumqayıt” arasında olacaq. Bu komandaların Avropa Liqasına vəsiqə verən pillələr uğrunda mübarizə aparmaqları öz yerində, Kamran Quliyevin qış fasiləsindən sonra Sumqayıt klubunun prezidenti postunu tərk edərək, “ağ-qaralar”a rəhbərlik etməsi intriqaya səbəb olub. Quliyevin “Neftçi”dəki debütünü 2:0 hesablı qələbə ilə korlayan Samir Abasovun komandası səfərdə də qalib gəlmək niyyətindədir. Lakin “Sumqayıt”dan sonra III dövrənin ən yaxşı komandası olan meydan sahibləri də qələbə əzmindədirlər.

Bu komandaların əvvəlki 23 qarşılaşmasından 12-də “Neftçi”, 9-da isə “Sumqayıt” qələbəni bayram edib. Son 6 dueldə meydan sahibi olan tərəf 3 xal əldə edib.

Hazırda 35 xala malik qonaqlar 3-cü, “ağ-qaralar” isə 30 xalla 5-ci sıradadırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam