Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Polis rəisi bələdiyyə sədrinin villa arzusunu ürəyində qoyub

 

Şabran rayonu, Uzunboyad bələdiyyəsinin sədri Rafiq Muradova villa tikdirmək baha başa gəlib

  "Xeberinfo.com": Axar.az-ın yerli mənbədən əldə etdiyi məlumata görə, bələdiyyə sədri qanunsuz tikinti həyata keçirdiyi üçün 1200 manat məbləğində cərimələnib. Belə ki, polisə kənddə qanunsuz tikinti işləri aparılması barədə məlumat daxil olub. Ərazi üzrə sahə müvəkkili villanın inşa olunduğu yerə gedib, sahibinin kimliyini öyrənib və məlum olub ki, villanı tikdirən Uzunboyad kəndinin bələdiyyə sədridir. 

Məlumatda deyilir ki, polis tikintini dayandırmaqla bağlı bələdiyyə sədrinə xəbərdarlıq etsə də, R.Muradov buna məhəl qoymayıb. Bununla belə, sahə müvəkkili bir neçə dəfə əraziyə gələrək tikintinin qanunsuz aparıldığını R.Muradovun nəzərinə çatdırıb. 

Problemin həll olunmadığını gördükdən sonra Şabran Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Əli Mərdanov R.Muradovu yanına çağırıb. Polis rəisi qanunsuz tikinti işi apardığını onun diqqətinə çatdırıb. Yenə də bələdiyyə sədrinin xəbərdarlığa əməl etməməsi ona 1200 manat cərimə kəsilməsi ilə nəticələnib. 

Şabran Rayon Polis Şöbəsinin rəisi Əli Mərdanov Axar.az-a açıqlamasında faktı təsdiqlədi. Bildirdi ki, qanunsuz tikili həyata keçirmək istəyən bələdiyyə sədrinə protokol tərtib edilib: “Protokol yazılıb. Tədbir görülməsi üçün icra hakimiyyətinə göndərmişik. Özü deyib ki, torpaq mənimdir, tikintini də mən aparıram. Ancaq tikinti aparılan yerin heç bir sənədi yoxdur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam