Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Daha bir Bələdiyyə sədri həbs olundu

 

Həsən Hacıağayev qeyri-qanuni topraq satışından milyonlarla manat vəsait əldə edib

 

"Xeberinfo.com": PİA.AZ-a daxil olan məlumata əsasən, 10 gün öncə Güzdək Bələdiyyə sədri Həsən Hacıağayev hüquq mühafizə orqanları tərəfindən həbs olunub.
İnformasiya mənbəmiz bildirir ki, 20 iyul 10-11 radələrində 10-a yaxın polis işçisi Güzdək qəsəbəsindəki Bələdiyyə binasına gələrək Həsən Hacıağayevi naməlum istiqamətə aparıblar.
Bələdiyyə sədrinin aparılmasından sonra hadisə yerinə qəsəbə icra nümayəndəsi Bilal Xəlilov gələrək  Həsən Hacıağayevin hüquq mühafizə orqanları tərəfindən həbs edildiyini öyrənib. 
Mənbəmizin bildirdiyinə görə, Güzdək bələdiyyə sədri Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunaraq dindirilməyə aparılıb. 
Belə ki, son illər Güzdək qəsəbəsində satılan torpaq sahələri və evlərin tikilməsi ilə bağlı hüquq mühafizə orqanlarına çoxsaylı şikayətlər daxil olmuşdu. 
Həmin şikayətlərdə qeyd olunub ki, Bələdiyyə sədri Həsən Hacıağayev qəsəbədəki torpaqları “adı bir quru kağızla” vətəndaşlara satır. Vətəndaşlar bələdiyyə sədrinə 1 sot torpaq üçün 1500-2000 manat ödədikdən sonra ev tikilməsi üçün qəsəbə icra nümayəndəliyində də mütləq şəkildə hesab verməli idilər. 
Qəsəbədə 1 mərtəbəli evin icazəsi üçün icra nümayəndəliyinə 2500, 2 mərtəbəli üçün isə 4000-5000 manat arası məbləğ tələb olunur.
Məlumat mənbəmiz bildirir ki, Güzdək Bələdiyyə sədri Həsən Hacıağayev son 5 ildə təxminən 20 hektardan çox torpaq sahəsi satıb. Bu hesabla torpağ satışından bir neçə milyon manat vəsait əldə olunub. 
İnformasiyalı şəxs qeyd edir ki, Həsən Hacıağayevin həbs olunaraq dindirilməsi də məhz onun qeyri qanuni olaraq dövlət torpaqlarını satması və külli miqdarda vəsaitləri mənimsəməsi ilə bağlıdır. 
Qeyd edək ki, Güzdək bələdiyyə sədrinin qəsəbədə həyata keçirtdiyi torpaq alqı-satqısı ilə bağlı araşdırmamız davam edir.
   Mövzu diqqətimizdədir

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam