Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Elçin Şıxlı “Zerkalo”nu bərpa etdi

 

Elçin Şıxlı “Zerkalo”nu bərpa etdi

 

4 ildir fəaliyyəti dayandırılan “Zerkalo” qəzetinin təsisçisi və baş redaktoru Elçin Şıxlı  sözügedən qəzetin internet portalını açıb. 

E. Şıxlı bu barədə açıqlama verib.  O xatırladıb ki, iki ildir “Ayna” nı bərpa edib: “Ancaq “Ayna” xəbər portalı kimi  fəaliyyət göstərmir. Orada ancaq müəllif yazılarıdır. “zerkalo.az” isə xəbər portalı üslubunda çalışacaq. Ancaq  ölkədə xəbər portallarının sayı həddindən artıq çoxdur. Eyni zamanda, deyə bilərəm ki, rus dilində olan xəbər portallarının sayı ana dilində olduğu qədər çox deyil.  Zənnimcə, bu sahədə müəyyən boşluqlar var. 

Biz sırf xəbər dalınca qaçmamağa  çalışacağıq.  Əsas odur ki, 1-2 cümləlik xəbərin dərinliyinə varanda oradan 100 cümləlik maraqlı yazılar çıxartmaq olar. Biz bu məsələyə üstünlük verəcəyik. Həm də təbii ki,  sanballı və analitik yazılar da saytda olacaq. Bilmirəm nə qədər alınacaq, amma məqsəd bundan  ibarətdir”.

Portala gənc  jurnalistlərin cəlb edilməsi məsələsinə gəlincə isə, E.Şıxlı bunları bildirib:  “Desəm ki,  kollektiv demək olar ki, yoxdur, güləcəksiniz.  Hələ 2-3 nəfərik. İndiki halda texnologiyaların inkişaf etdiyi bir məqamda təbii ki, kollektivə ehtiyac var. Amma hələ ki, kollektiv yığmıram. İşin gedişatı nəticəsində məsələ aydınlaşacaq. Təbii ki, komandada gənclərin də olmasına çalışacağıq.  Çünki  onlar  daha çevikdir. Onlar texnologiyalara daha yaxşı bələddirlər. Burada söhbət mənlə çalışmaq istəyən, rus dilini yaxşı  bilən, yazı yaza bilən və dünyagörüşü geniş olan gənclərdən və insanlardan söhbət gedir. Çünki bu saat problem ondan ibarətdir ki,   müxbirlər məndən müsahibə alırlar, mən onlara Mask haqqında danışıram.  Müxbir Maskı tanımır, onu götürüb abreviatura kimi yazır. Halbuki Mask İlon Maskdır, məşhur biznesmendir.  Belə şeyləri bilməyən adamların “zerkalo.az” da işi ola bilməz”.“Qafqazinfo”

 

 Günel Türksoy


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam