Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Facebook”da mal satanlardan vergi tutulacaq

Vergilər Nazirliyi elektron ticarətin vergiyə cəlb olunması haqqında qanun layihəsi hazırlayıb.

Xeberinfo.com:   Fins.az xəbər verir ki, bu barədə Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin rəisi Əflatun Məmmədov məlumat verib.

Bildirib ki, hazırda layihə aidiyyəti qurumlarla müzakirə olunur. Eyni zamanda elektron ticarətçilərə nəzarət gücləndirilir. “İnternet portallarının yaradılmasına nəzarət edən müvafiq qurumla birgə virtual məkanda e-ticarətlə məşğul olan hüquqi və fiziki şəxslərin müəyyənləşdirilməsi və bu sahədə ümumi vergi nəzarətinin qurulması istiqamətində işlərə başlanılıb. Ümumi nəzarətin qurulması mərhələlərlə həyata keçiriləcək”.

Ə.Məmmədov qeyd edib ki, ilk mərhələdə Baş İdarə bu ilin 1-ci rübündə 186 internet portalı və ya sosial şəbəkələr vasitəsilə elektron mal alğı-satqısı həyata keçirən istifadəçilər müəyyən edilib. Onlardan 54-nün vergi orqanında qeydiyyatda olmadığı, 47-sinin isə qeydiyyatda olduğu halda dövriyyəsinin olmadığı və ya məhsulların satış qiymətləri ilə müqayisədə minimum olduğu müəyyənləşdirilib.

Bununla bağlı vergi orqanında qeydiyyatı olmayan şəxlərin uçota alınması barədə müvafiq bildirişlər göndərilib, qeydiyyatı olan, lakin dövriyyəsi olmayan şəxslərin bank hesablarına müvafiq sorğular verilib və yaranan kənarlaşmalar barədə vergi ödəyicilərinə məktub ünvanlanıb. Bu istiqamətdə görülmüş tədbirlər nəticəsində 2016-cı ilin 1-ci rübü ilə müqayisədə 2-ci rübdə elektron ticarət fəaliyyəti göstərən vergi ödəyicilərinin dövriyyəsində 54,1%, hesablamalarda 53,8%, daxilolmada isə 69,1% artım müşahidə olunub.

Ə.Məmmədov əlavə edib ki, indi elektron ticarətlə məşğul olan internet portallarının birbaşa hansı vergi ödəyicisinə aid olduğunun dəqiqləşdirilməsi, vergi qeydiyyatı olmayanların uçota alınması, nağd və ya nağdsız ödəniş qaydasında fəaliyyət göstərilməsi araşdırılır. “Bank hesablarının, portallarda yerləşdirilən reklam və ya elanların, onların sifarişçisinin və ya tərtibatçısının müəyyən edilməsi, nağd və bank hesabları üzrə əməliyyatların əldə olunması və ümumilikdə bütün gəlirləri ilə bəyannamə göstəricilərinin müqayisəli araşdırılması istiqamətində də işlər aparılır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam