Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

PUTİN XAMENEİYƏ VERDİYİ SÖZƏ SADİQ QALA BİLƏCƏKMİ? –Əsrlərlə bir-birinə düşmən olan Moskva və Tehranın ittifaqı - TƏHLİL

Robin Rayt

“The Newyorker

 

Ötən ay ABŞ-ın sabiq dövlət katibi Con Kerri Münhen Təhlükəsizlik Konfransında İranın xarici işlər naziri Cavad Zəriflə qapalı şəraitdə görüşüb. İki il əvvəl bu diplomatik cütlük İranın nüvə proqramı ilə əlaqədar daha tez-tez və açıq təmasda olmuşdu. Münhendəki görüş həm Vaşinqton, həm də Tehranda təpki yarada bilərdi. Çünki Kerri sakitcə, Tramp administrasiyasının nə edirsə-etsin, iranlıları müqavilədən çıxmamağa və ya saziş şərtlərini pozmamağa çağırıb.

Yenixeber.org: Bir neçə gün sonra Yaxın Şərqdəki problemlərlə bağlı Valday Konfransında iştirak etmək üçün Moskvada oldum. Əsas hadisə dəri kürsülərdə oturmuş ağbəniz Zərifvə yanında oturan qaraşın, qaba rus vəzifədaşı Sergey Lavrovun çıxışları oldu.

Hər iki şəxs 30 ölkədən olan diplomatlar və mütəxəssislər qarşısında uzun bir çıxış etdi, sonra suallar cavab verdilər. Bundan sonra ikitərəfli danışıqlara qatıldılar. "İran və Rusiyanın bir çox regional məsələlərdə mövqeləri çox yaxındır", – deyə Zərif bildirdi.

2015-ci ildə İranla imzalanan nüvə razılaşmasına etiraz etmək üçün Tramp administrasiyasının qərarı geniş geostrateji dəyərə malikdir. Moskva ilə Tehran arasındakı bir zamanlar hərbi cəhətdən taktiki, iqtisadi cəhətdən diplomatik və soyuq əlaqələr strateji tərəfdaşlığa çevrilib. Rusiyanı yenidən supergücə çevirmək üçün Vladimir Putinin ardıcıl səyləri bunun bir hissəsidir; İranın hədəfi – yenidən oyunçu olmaqdır.

2017-ci ildə prezident Trampın iqtidara gəlişindən sonra Moskva və Tehran ortaq bağları paylaşdılar: Vaşinqtonla münasibətlərin gərginləşməsi və Yaxın Şərqdə təsir dairəsinin bölüşdürülməsi.

Tehrandakı Yaxın Şərq Strateji Araşdırmalar İnstitutunun direktoru və Harvardın Belfer Mərkəzinin keçmiş əməkdaşı Keyhan Bərzegar Moskvada mənə deyir: "İki il əvvəl Birləşmiş Ştatlar hətta İran üçün regional problemlər yaratdı. İndi hər şey bitib. Hazırda regional aktyorlar üçün Rusiya, Rusiyanın dinamikasına qoşulma çox cazibədardır. ABŞ regional qarışıqlıq yaradıb. Rusiya isə güc vakuumunu doldurub".

Ötən ilin noyabr ayında Putin ali lider Əli Xamenei və prezident Həsən Ruhani ilə görüşlər aparmaq üçün Tehrana yollandıqdan sonra əlaqələr dərinləşib. İran mətbuatının xəbərlərinə görə, Xamenei Putinə deyib: "Əməkdaşlığımız Amerikanı təcrid edə bilər". Öz növbəsində, Putin böyüyən Rusiya-İran əməkdaşlığını "çox məhsuldar" adlandırıb.

Putin və Xamenei sıradan kənar birsaatlıq görüş keçirib və onların qapalı ünsiyyətinə yalnız bir tərcüməçi şahid olub. Brüsseldə Beynəlxalq Böhran Qrupunun İran şöbəsinə rəhbərlik edən İran mənşəli amerikalı Əli Vaizin sözlərinə görə, Putinin Xameneiyə dediyi ən mühüm söz bu olub: "Mən sizə xəyanət etməyəcəyəm".

Həmin görüş Trampın İranla nüvə sazişini bir daha qüvvədə saxlamayacağı (Ağ Ev hər doxsan gündən bir İranla sazişi təsdiqləməlidir) barədə bəyanatı və Beynəlxalq Atom Enerjisi Təşkilatının (MAGATE) Tehranın öhdəlikləri ardıcıl yerinə yetirdiyini söyləməsindən üç həftə sonra baş tutub.

Trampın qərarı dünyanın altı əsas səlahiyyətlisi, o cümlədən aparıcı Kerri-Zərif və sonra rəsmən BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənən danışıqlarının nəticəsindən geri çəkilmə demək idi. “Times”ın "od püskürən sözlər" kimi səciyyələndirdiyi bəyanatında Tramp (oktyabr, 2017) demişdi: "Biz nəticəsinin daha çox zorakılıq, daha çox xaos doğuracaq, İranın isə real nüvə təhdidi olacağı əvvəlcədən məlum bir yolla getməyəcəyik".

Vaiz deyir: “Putinin Xameneiyə göndərdiyi əsas mesaj budur: “Bizə etibar edə bilərsiniz. Amerikalılar kimi geri çəkilməyəcəyik”. Bu, son bir neçə onillik ərzində taktiki əlaqələrdən kənara çıxmayan ittifaqın inkişafında başlıca məqamdır". Vaiz əlavə edir: "Bu məqam Yaxın Şərq və daha geniş mənada bütün dünyaya təsir göstərir".

Yanvar ayında Tramp daha bir addım adıb. O, nüvə müqaviləsində (JCPOA) iştirakını dayandıracağını bildirib. Tramp deyib: "Heç kəs sözümə şübhə etməməlidir"Digər əsas iştirakçılardan heç biri – Avropa, Rusiya və ya Çin sazişə düzəlişi dəstəkləmir.

ABŞ-da təhsil almış və bir vaxtlar Kolumbiya Universitetində müəllim olmuş Tehran Universitetinin politoloqu Nasir Hadian isə mənə deyir: "Bu, sadəcə saziş deyil, İranın gələcəyidir. İnqilabi şövq bitmiş ola bilər. Amma insanların gələcəklə bağlı düşüncə tərzi necə olacaq? ABŞ qəsdən və ya istəmədən bizi rusların qucağına atır. Bəzən düşünürük ki, ABŞ İranın Rusiya orbitində olmasını daha çox istəyir”.

Ötən il ərzində Moskva ilə Tehran arasında hərbi əlaqələndirmə daha da güclənib. “Qüds” qüvvələrinin komandanı Qasim Süleymaninin timsalında artıq 2015-ci ildən, xüsusilə Suriya mövzusunda iki ölkə arasında hərbi koordinasiyanın yüksək səviyyədə olduğu görünür. Noyabr ayında Rusiya silahlı qüvvələri Baş Qərargahının rəisi general Valeri Gerasimov iranlı vəzifədaşı general-mayor Məhəmməd Baqiri – İnqilab Keşikçiləri keçmiş hərbi kəşfiyyat eksperti ilə görüşlər aparmaq üçün Tehrana yollanıb.

"İran və Rusiya arasında yaxşı hərbi əməkdaşlıq mövcuddur və əlbəttə, əməkdaşlığın genişləndirilməsi üçün daha çox sahələr var", – deyə Baqiri bəyan edib. İki hərbi lider Rusiya və İran siyasi mənbələrinə istinad edir.

Moskva və Tehran təbii müttəfiq deyillər. Əsrlər boyu qonşu rus və fars imperiyaları rəqib olublar. Onlar XVIII-XIX əsrlər arasında bir-biri ilə müharibələr aparıb. İran müəyyən əraziləri, o cümlədən Gürcüstan, Ermənistan və Azərbaycan olmaqla, Qafqaz və Orta Asiyadakı bəzi diyarları Rusiyaya güzəştə getməyə məcbur olub.

İkinci Dünya müharibəsi dövründə Rusiya İranı işğal edib və sonradan BMT Təhlükəsizlik Şurasının qərarı ilə oradan çəkilib. Prezident Harri Trumenin İranı tərk etmə barədə Stalinə ultimatum göndərməsi Soyuq müharibəyə səbəb olub.

İran monarxiyası kommunist rejimdən belə qorxurdu ki, ölkəsində CIA-nın əl-qol açmasına imkan yaradıb.

1979-cu il inqilabından sonra yeni İslam Respublikası ifrat ateist qonşusunu qınayıb, "nə Şərq, nə Qərb" xarici siyasəti yürüdüb.

Moskvanın Səddam Hüseyni İrana təcavüzə təşviq etməsi, səkkiz illik qanlı müharibə dövründə Sovet İttifaqı İraqı silahlandırıb. Yəni o vaxtlar Moskva da, Vaşinqton kimi, şeytani idi.

Hadian deyir: "İranda ruslara etimadsızlığın uzun bir tarixi var".

Sovet İttifaqının squtundan sonra, 1991-ci ildə əlaqələr məhdud və məkrli idi. Zəifləmiş Rusiya ölkənin cənub-qərbindəki liman şəhəri Buşəhrdə ticari nüvə reaktoru tikintisini öhdəsinə götürdü, halbuki bu tikinti hələ ötən əsrin 70-ci illərində şah hökuməti ilə Almaniya arasında razılaşdırılmışdı.

Ancaq Rusiyanın səyləri zəif idi. “C-300” raketləri təchizatında problemlər ortaya çıxdı. Buşəhrə dair işlər ləng getdi, reaktor 2013-cü ildə işə düşdü.

Moskva və Tehranın hələ də fərqli maraqları var və onların ümumi məqsədləri ayrı-ayrı motivlərə malikdir. Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun baş elmi işçisi İrina Zvyagelskaya mənə deyir: "İran bizə Suriyadan başqa, həm də Qafqaz və Mərkəzi Asiya üçün vacibdir. Ancaq əlaqələrimizdə sürtünmə və gərginliyin olmadığını söyləmək mümkün deyil".

Valday Klubunda Lavrov İsrail haqqında ifadələrinə görə İrana açıq şəkildə töhmət verdi. "Sionist quruluş olduğundan İsrail məhv edilməlidir və Yer üzündən silinməlidir” iddiaları qəbul edilməzdir", – deyə o, yanında oturan Zərifə bildirib. –Bu, əlbəttə, yanlış bir yoludur".

Bu sözlər İsrail mediasında manşet başlığı oldu.

Eyni zamanda, Lavrov dedi: "Biz istənilən regional problemin İranla qarşıdurma prizmasında nəzərdən keçirilməsi ilə razılaşmırıq”. Bu, ABŞ-a, Trampla ittifaq quran ərəb monarxlarına və İsrailə rus zərbəsi idi.

"2015-ci ildə nüvə razılaşmasından sonra Putin İran və ABŞ arasında yaxınlaşmadan narahat idi, – Əli Vaez deyir. – Suriyadakı qarşıdurma ilə bağlı ortaqlıq bunun qarşısını aldı. Hazırda Rusiya İranın ən mühüm və qüdrətli müttəfiqidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam