Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Azərbaycan ədəbiyyatı antologiyası” qazax dilində çapa hazırlanır

 

 

Beynəlxalq Türk Akademiyası (TWESCO) “Azərbaycan ədəbiyyatı antologiyası”nın qazax dilində nəşrini həyata keçirir

 

Yenixeber.org:  “Azərbaycan ədəbiyyatı antologiyası” layihəsində 20-dək azərbaycanlı şair və yazıçının qazax dilinə tərcümə olunmuş əsərləri yer alacaq. Akademiyanın rəhbəri Darxan Kıdıralinin sözlərinə görə, TWESCO-nun həyata keçirdiyi türk dünyası ədəbiyyatı antologiyası seriyasından ilk olaraq “Azərbaycan ədəbiyyatı antologiyası” çap ediləcək.

Kitabda Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Mir Cəlal Paşayev, Məmməd Araz və digər ədiblərin seçilmiş əsərləri yer alıb.

Eyni zamanda bu il böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90, tanınmış qazax şairi Mağjan Jumabayın 125, cədidçilik cərəyanının banilərindən biri Şəhabəttin Mərcaninin 200 illik yubileylərini, nüfuzlu rusiyalı türkoloq Vilhelm Radlofun ölümünün 100-cü ildönümünü nəzərə alaraq bu il akademiya tərəfindən silsilə tədbirlər həyata keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam