Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Türkiyədən xəbərdarlıq:ABŞ YPG-ni Menbiçdən çıxarır

 

Türkiyə xəbərdarlıq etdi: ABŞ YPG-ni Menbiçdən çıxarır

“Keçmişdə də belə kritik mərhələlər oldu. Amma hər zaman bu müttəfiqliyi ön planda tutaraq bu kritik mərhələləri birlikdə keçdik. İndi kritik bir mərhələdiyik. Ötən gün ölkə başçısı ilə birlikdə keçirdiyimiz üçtərəfli görüşdə tərəflər düşüncələrini, narahatlıqlarını söylədilər. Bundan sonra əlaqələrimiz ya yaxşılaşmağa, ya da daha da pisləşməyə doğru gedəcək”.

Yenixeber.org xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Reks Tillersonla Ankarada keçirdiyi mətbuat konfransında deyib: “Bizim narahatlığımız birbaşa bizə qarşı olan təhdidlərlə, YPG hücumları ilə bağlıdır. İnsanlarımız ölür. 2016-cı ildə ABŞ-ın Türkiyəyə verdiyi sözlərin heç birinə əməl olunmadı. İndi YPG-nin Fəratın şərqinə çəkilməsi əmin olmalıyıq. İlk olaraq YPG-nin Menbiçdən çıxması lazımdır”, - M.Çavuşoğlu bildirib. 

R.Tillerson isə deyib ki, ABŞ və Türkiyə arasındakı əlaqələr dərindir: “Türkiyə vəABŞ bir çox yerdə birlikdə hərəkət edib. Artıq iki müttəfiq ölkə ayrılıqda hərəkət etməyəcək. Biz birlikdə Suriyadakı bütün problemləri dəyərləndirəcəyik. Birlikdə hərəkət edəcəyik. İŞİD-lə mübarizə aparacağıq. Ərazilərin təhlükəsizliyini təmin edəcəyik. Görüləcək çox iş var. Sürətlə başlamalıyıq. Bu istiqamətdə iş aparacaq ilk qrup martın ortasında toplanacaq. Lakin vacib bir hal olduqda biz gözləməyəcəyik, hərəkət edəcəyik”.

Tillerson daha sonra bildirib ki, ABŞ Türkiyənin terrorizmlə bağlı qarşılaşdığı problemlərdən xəbərdardır: "Amma, müstəqil və birləşmiş Suriyanın qurulmasında birlikdə hərəkət etməliyik. ABŞ Suriyada bölünmə olmadan, həllə nail olmaq istəyir. Dərhal Menbiç məsələsi ilə məşğul olacağıq. Şimali Suriya ilə bağlı fəaliyyətimiz isə davam edir”, - Tillerson qeyd edib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam