Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

ABŞ və Türkiyənin ortaq hədəfi –“İranın zərərli fəaliyyətinin qarşısını almaq…”

 

tillersin-cavushoglu-1

Türkiyədə səfərdə olan ABŞ dövlət katibi Reks Tillerson ABŞ tərəfini daha çox maraqlandıran əsas müzakirə mövzularını açıqlayıb.

Yenixeber.org:   “Hürriyet”ə istinadən məlumata görə, bunu türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında R. Tillerson deyib. O bildirib ki, bu məsələlər İŞİD terror təşkilatını məğlub etmək, bölgədə sabitlik və əməkdaşlıq, Türkiyə ilə hərbi əməkdaşlığın davam etməsi, yeni ortaya çıxa biləcək terror təhdidlərini önləməkdən ibarətdir: “Türkiyə Suriyaya xaricdən döyüşçülərin axınının qarşısını aldı, Türkiyənin İŞİD-lə mübarizə üzrə koalisiyaya faydasını bir kənara qoya bilmərik. Türkiyənin bu bölgədəki bütün fəaliyyətləri bizim üçün çox önəmli oldu. Türkiyə qaçqınların problemlərini həll etmək üçün səy göstərdi. Türkiyənin 6 illik dövrdə sülhsevər fəaliyyətini təqdir edirik”.

R. Tillerson ABŞ-la Türkiyə arasında iqtisadi əməkdaşlığı genişləndirmək istədiklərini vurğulayıb: “ABŞ və Türkiyənin bir çox ortaq hədəfləri var. Bu sırada İranın zərərli fəaliyyətinin qarşısını almaq, iraqlıların demokratiyaya keçidinə kömək etmək də var. Bu çətinliklərin qarşısını birlikdə almağa çalışırıq”.

Mətbuat konfransında R. Tillersona ABŞ-ın PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG ilə əməkdaşlığının Türkiyə ilə münasibətlərə təsirinə dair sual ünvanlanıb. ABŞ dövlət katibi suala konkret cavab verməkdən yayınıb: “Bu gün Türkiyədə keçirdiyimiz görüşlərdə bu məsələ müzakirə mövzusu idi. Suriyada uzunmüddətli nəticəyə necə nail ola bilərik, suriyalıların Suriyaya qayıdışı necə olacaq, bu məsələlər müzakirə olundu. Bunlar çətin qərarlar, çətin seçimlərdir, amma bu məsələlərin müzakirəsi faydalıdır. ABŞ terrorla mübarizə koalisiyasının ortağı olmağa davam edəcək. Birlikdə çox addımlar atacağıq”.

R. Tillerson Suriya prezidenti Bəşər Əsədin gələcəyi ilə bağlı sualı da cavablandırıb. ABŞ dövlət katibi B. Əsədin hakimiyyətdən gedib-getməməsinə Suriya xalqının qərar verəcəyini vurğulayıb


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam