Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bərdədə maşın ağaca çırpılıb- ÖLƏNLƏR VAR - VİDEO

Bərdədə maşın ağaca çırpılıb

 

 

 

Bərdədə 2 gənc qaçırdığı avtomobillə qəza törədib. Hər ikisi də hadisə yerində ölüb. İsmayıllıda isə idarəetmədən çıxan avtomobil hasara çırpılıb və sürücü hadisə yerində dünyasını dəyişib. Daha bir qəza Sabirabadda olub. Ova gedən sürücü avtomobili su kanalına aşırıb. Avtomobildə olan sərnişinlər xilas olsa da sürücü hadisə yerində ölüb

 

Yenixeber.org: Avtomobil qaçıran gənclər qəza tərədiblər. Hadisə zamanı iki nəfər ölüb.

Hadisə Bərdədə baş verib. Ağaca çırpılan avtomobili idarə edən 26 yaşlı nicat kamranzadə və sərnişin tural allahverdiyev hadisə yerində ölüblər.

Onlar avtomobili Bakı küçəsində yerləşən çay evlərindən birinin qarşısından qaçırıblar. Nəqliyyat vasitəsi rayon sakini İlham Zeynalova məxsusdur. Faktla bağlı rayon polisində araşdırma aparılır.

İsmayıllının Çayqovuşan kəndi ərazisində baş verən qəza da ölümlə nəticələnib. 52 yaşlı Elxan Məlikov dumanlı və çiskinli hava səbəbindən dairəvi yol ayrıcında idarəetməni itirib və avtomobil yoldan çıxaraq hasara çırpılıb. Sürücü aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib, sərnişin Asim Hacıyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Sabirabadda isə Avtomobil kanala aşıb. Hadisə ötən gecə rayonunun Həşimxanlı kəndində ov zamanı baş verib. Bakı sakini, 33 yaşlı Anar Mirzəyev avtomobilini su kanalına aşırıb. Hadisə zamanı avtomobildə olan sərnişinlər xilas olsa da sürücü hadisə yerində ölüb. Xilasedicilər sürcünün cəsədini əzilmiş maşından çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Qeyd edək ki, Anar Mirzəyev 2003-2007-ci illərdə AFFA prezidenti vəzifəsində çalışan mərhum Ramiz Mirzəyevin oğludur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam