Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Məzahir Pənahov:"Sosial şəbəkələrlə bağlı təklif hazırlamalıyıq"

Məzahir Pənahovdan tapşırıq: Sosial şəbəkələr izləniləcək

Sabahdan Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin İctimai Televiziyada çıxışları başlayacaq. 

Yenixeber.org-un məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

Onun sözlərinə görə, çıxışlar televiziya ilə yanaşı radio vasitəsilə də yayımlanacaq. Bu, məlumatların daha çox insanın diqqətinə çatmasına şərait yaradacaq. Həmçinin, MSK üzvlərinin “Azərbaycan” qəzetində məqalələri çıxacaq. 

Komissiya sədri sosial şəbəkələrin monitorinqi mexanizminin hazırlanmasının vacibliyini vurğulayıb.

"Sosial şəbəkələrlə bağlı təklif hazırlamalıyıq. Bunu tez hazırlamalıyıq ki, sosial şəbəkələrdə monitorinq təşkil edilsin və seçkiqabağı təşviqatı pozanlar haqqında müvafiq tədbirlər görülsün, təşviqatı pozanlar cəzalandırılsın. Seçki siyasi maraqları olan tərəflərin mübarizəsidir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam