Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Məzahir Pənahov Rusiyada prezident seçkilərinin müşahidəsində iştirak edəcək? -AÇIQLAMA

 

 

 

Məzahir Pənahov Rusiyada prezident seçkilərinin müşahidəsində iştirak edəcək? -

 

"Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri şəxsən məni martın 18-də Rusiyada keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün dəvət edib, ancaq aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Azərbaycanda həmin vaxt təşviqat mərhələsi başlayır"

Yenixeber.org:  Bunu Mərkəzi Seçki Komissyasının sədri Məzahir Pənahov jurnalistlərə deyib.

O qeyd edib ki, təşviqat dövründə MSK-nın müvafiq qərarları olmalıdır və bu qərarlar nəinki gün, hətta saatlarla ölçülür:

"Ona görə də mən Rusiyada prezident seçkilərinin müşahidə edilməsində iştirak edə bilməyəcəyəm. Lakin Rusiyada prezident seçkilərinin müşahidəsində MSK üzvü və MSK-nın əməkdaşı iştirak edəcək. O cümlədən Müstəqil Dövlətlər Birliyinin Müşahidə Missiyasının tərkibində MSK-nın nümayəndələri iştirak edəcək. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının tərkibində də MSK-nın iki nümayəndəsi olacaq".

M.Pənahov əlavə edib ki, MSK ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə 10 ildən çoxdur əməkdaşlıq edir və müxtəlif ölkələrdə keçirilən seçkilərdə bağlı formalaşdırdıqları missiyaların tərkibində MSK-nın nümayəndələri olur".

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam