Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Bu il yaxşı heç nə gözləməyin" -Manukyan ermənilərə səsləndi

"Bu il yaxşı heç nə gözləməyin" - Manukyan ermənilərə səsləndi

"Ermənistanda əhali 2018-ci ildə yaxşı heç nə gözləməsin. Maksimum dərəcədə qənaət etmək lazımdır. Çünki ölkənin valyuta ehtiyatları tükənir".

Yenixeber.org: Bunu erməni iqtisadçı Artak Manukyan söyləyib. Onun sözlərinə görə, Ermənistanda yoxsulluq pik həddədir, miqrasiya tempi isə əvvəlkindən də yüksəkdir.

"Əhali iş tapa bilmir. Həyat səviyyəsi ildən-ilə aşağı düşür. Hökumət vətəndaşların rifahı üçün heç bir cəhd göstərmir. Perspektivi olmayan Ermənistanda insanlar çıxılmaz vəziyyətdə qalıblar. İldən-ilə hökumətin xarici borcları da artır. Hakimiyyət xərclərini ört-basdır etmək, büdcədəki kəsrin qarşısını almaq üçün yeni kreditlər almaq niyyətindədir. Bununla isə Ermənistanın dövlət borcu 7 milyard dolları keçə bilər" - ermni ekspert deyib.

Artak Manukyan götürülən növbəti kreditlərdən də əhaliyə xeyir gəlməyəcəyini bildirib. Statistika xidmətinin son məlumatına görə, hazırda Ermənistanın xarici borcu 5,10 milyard dollar təşkil edir. Bu isə ümumi daxili məhsulun 58,8 faizi deməkdir. Ümumiyyətlə, xarici borc son 10 ildə 3,5 dəfə artıb. Hökumət büdcə kəsirini doldurmaq üçün dövlətin qızıl ehtiyatını satışa çıxarmaq məcburiyyətində qalıb. İqtisadçılar bütün bunların Ermənistana yaxşı heç nə vəd etmədiyini deyirlər.

Erməni ekspertin qeyd etdiyi faktlar Sarkisyan hakimiyyətinin əsl simasını, xalq qarşısında edilən çıxışların yalandan ibarət olduğu təsdiqləyir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam