Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Borclanmanın sürəti həddən artıq yüksəkdir" -EKSPERT

Xəbər verdiyimiz kimi, beynəlxalq reytinq agentliyi “Fitch” Azərbaycanın rəsmi dövlət borcunun 2016-cı ilin sonuna ÜDM-nin 22.5%-i həcmində  olduğunu açıqlayıb.

Xeberinfo.com:   Bu barədə fikrilərini bölüşən iqtisadçı-ekspert Rövşən Ağayev bildirib ki, “Fitch” yalnız hökumətin xarici borclarını nəzərdə tutur.

“Lakin son dövrlər hökumətin daxili borcları da sürətlə artır və hazırda məcmu dövlət borclarının ÜDM-də payı 35%-ə çatır. Manat ifadəsində xarici borclar 13 mlrd. manat, daxili borclar 7.5 mlrd. manata çatır”.
İqtisadçı qeyd edib ki, bunlardan başqa dövlət sektorunun hökumət zəmanəti ilə almadığı borclar dövlət borcu statistikasına daxil edilmir.
“Beynəlxalq Valyuta Fondunun kriteriyası baxımından gerçəkdən də dövlət borcunun hazırkı səviyyəsi riskli nöqtəyə çatmayıb. Amma borclanmanın sürəti həddən artıq yüksəkdir. Məsələn, son 2 ildə daxili borcun ÜDM-də payı 2-3%-dən 12%-dək yüksəlib”.
R.Ağayev qeyd edib ki, BVF-nin meyarına görə, dövlət borcunun yolverilən maksimum (risksiz) həddi inkişaf etmiş ölkələr üçün ÜDM-nin 60%-i, inkişaf etməkdə olan və aşağı gəlirli ölkələr üçün 40% səviyyəsində tövsiyə olunur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam