Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycanlıların da olduğu “Turan” ordusu yalan çıxdı- Foto

Azərbaycanlıların da olduğu “Turan” ordusu yalan çıxdı

 

 

Bir müddət öncə Suriyada vuruşduğu bildirilən “Turan” özəl hərbi birliyi, əslində, mövcud deyil

 

Yenixeber.org: Bu nəticə Münaqişə Kəşfiyyat Qrupunun (Conflict Intelligence Team) apardığı araşdırmadan sonra ortaya çıxıb. Təşkilatın iddiasına görə, “Turan” geniş mistifikasiyanın məhsuludur. Belə ki, bu anlayışı Rusiyanın “ANNA Nyus” və “Ruskoy Vesnı” agentliklərinin müxbiri Oleq Bloxin uydurub. Bloxin “Turan” özəl hərbi şirkətinin obrazını SSRİ-nin Əfqanıstan müharibəsində yaratdığı müsəlman batalyonlarının əsasında formalaşdırıb. “Turan”ın döyüşçülərinin şəkilləri qismində isə Bloxinin özü və “REN TV”nin keçmiş teleoperatoru Aleksandr Rıçkovun fotoları təqdim olunub.

MKQ həmçinin 2017-ci ilin noyabrında peyda olan fotolara da diqqət yetirib. Burada “Turan döyüşçüləri” kimi təqdim olunan fotoların Bloxinin görüntüləri ilə uyğun olduğu müəyyənləşib.

Üstəlik, mayın 1-də Həma şəhəri yaxınlığında “Turan”ın xüsusi əməliyyatı kimi təqdim edilən video da yalan çıxıb. Belə ki, bu görüntülərin Suriyanın özünün elit hərbi dəstələri olan “Pələng Gücü”nə aid olduğu vurğulanıb.

Qeyd edək ki, “Turan” haqqında mediada ilk informasiya 2017-ci ilin aprelində “Ruskaya Vesna” saytında yer almışdı. Burada yerləşdirilən informasiyada bu qruplaşmanın Həmaya gəldiyi, Mərkəzi Asiya vətəndaşlarından təşkil olunduğu bildirilmişdi. Onların sırasında qafqazlıların, xüsusən azərbaycanlıların da olduğu vurğulanmışdı. Qrupun ümumi sayının 800-1200 nəfər təşkil etdiyi bildirilmişdi.

Münaqişə Kəşfiyyat Qrupu Suriya və Donbas döyüşləri barədə informasiyaların analizini aparan araşdırmaçılar qrupudur. 2014-cü ildə yaradılan qrup 6 nəfərdən ibarətdir, onun rəhbəri isə Ruslan Leviyevdir. Mənzil qərargahı Moskvada yerləşən qrupun ilk ən səs-küylü araşdırması Rusiya Baş Kəşfiyyat İdarəsinin 3 hərbçisinin Donbasda həlak olmasıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam